Kür çayında suyun səviyyəsi düşmüşdür
Bakı, 7 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri dekabrın 7-də açıqlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 30-90, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50 faizini təşkil etmişdir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi saniyədə 115 kubmetrdir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə edilməmişdir. Bu məntəqədə isə su sərfi saniyədə 64 kubmetr olmuşdur.
Kür çayının aşağı axınındakı məntəqələrdə də suyun səviyyəsinin azaldığı müşahidə olunmuşdur.
Hazırda çayın Surra məntəqəsində suyun səviyyəsi 406, Şirvanda 290, Salyanda 276, Bankədə 236, Araz çayının Novruzlu məntəqəsində isə 187 santimetrdir.
Bütün məntəqələrdə suyun səviyyəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı olduğu müəyyən edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]