KUR ÇAYINDA SUYUN SƏVİYYƏSİNİN XEYLİ QALXMASI NƏTİCƏSİNDƏ ŞİRVANDA YARANAN FƏSADLAR ARTIR
Şirvan, 7 may (AZƏRTAC). Neftçala rayon İxtisaslaşdırılmış Hidrometeoroloji Mərkəzinin məlumatına görə, Kür çayında suyun ən yüksək səviyyəsinin qeydə alındığı 2003-cu illə müqayisədə indi 30 santimetr yuxarıdır. “Meliorasiya və Su Təsərrufatı” ASC mütəxəssislərinin bildirdiyinə görə, Kürdə hər saniyədə su keçiriciliyinin həcmi müqayisə edilən dövrdəkinə nisbətən 400 kubmetr çoxdur. Bu, son hədd deyildir. Sonrakı günlərdə çayda suyun səviyyəsinin yüksələcəyi proqnozlaşdırılır.
Çay boyu ekoloji gərginlik ocaqlarından biri də Şirvandır. Şəhər Fovqəladə Hallar Komissiyasından bildirmişlər ki, Kür boyu məhəllələrdə 500-dək fərdi evin, 2 məktəbin həyətini su basmış, çiy kərpicdən tikilmiş evlərin və yardımcı tikililərin çoxu ciddi zədələnmiş, əkinlər və meyvə ağacları məhv olmuşdur. Şəhər icra hakimiyyəti başçısının sədrliyi ilə xüsusi komissiya yaradılmışdır. Şəhərdəki idarə və müəssisələrin, o cümlədən “Meliorasiya və Su Təsərrufatı” ASC yerli bölmələrinin 20-dək texnikası səfərbərliyə alınmışdır. Yüzlərlə könüllü sahilbərkitmə tədbirlərində iştirak edir. Fovqəladə Hallar Nazirliyinin mobil qüvvəsi hadisə yerindədir. Qurumun əməliyyatçıları 15-ə yaxın iritutumlu su nasosu quraşdıraraq, həyətlərin suyunu çəkib kənara axıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]