Kür çayının aşağı axınında suyun səviyyəsi artmışdır
Bakı, 8 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayın 8-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-100, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil etmişdir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsinin 9 santimetr artdığı, su sərfinin saniyədə 295 kubmetr təşkil etdiyi müşahidə olunmuşdur. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 6 santimetr azalma qeydə alınmışdır. Bu məntəqədə su sərfi saniyədə 103 kubmetr olmuşdur.
Kür çayının aşağı axınında suyun səviyyəsinin artdığı müəyyən edilmişdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 330, Şirvanda 179, Salyanda 113, Bankədə 205, Novruzlu məntəqəsində isə 38 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]