Kür çayının aşağı axınında suyun səviyyəsi azalmışdır
Bakı, 27 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 27-də çayların sululuğu ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırmanın nəticələrinə əsasən, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-240, Kiçik Qafqazın çaylarında 110-130, Lənkəran-Astara bölgəsi çaylarında 50-60, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil etmişdir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunmuşdur. Məntəqədə su sərfi saniyədə 160 kubmetrdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişikliyin baş vermədiyi müəyyən edilmişdir.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma qeydə alınmışdır.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 393, Şirvanda 266, Salyanda 245, Bankədə 231, Araz çayının Novruzlu məntəqəsində isə 176 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]