Kurban Berdıyev 64-cü əcnəbi baş məşqçi olub
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ilk turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyev “Turan Tovuz”un “sükanı arxası”nda debüt edib.
Rusiyalı mütəxəssisin yetirmələri “Neftçi” ilə səfər matçında bir xal qazanıblar – 0:0. Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb. Onadək 63 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasına rəhbərlik edib.
K. Berdıyev “Turan Tovuz”un tarixinə ilk legioner baş məşqçi kimi düşüb. Azərbaycan çempionatları tarixinin ilk əcnəbi mütəxəssisi isə Tovuzun digər təmsilçisi “Turan”a rəhbərlik edib. 2001/2002-ci illər mövsümündə Naci Şensoy qərblilərin “sükanı arxası”nda olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]