“KÜRDƏMİR –TAXIL” ASC SAHİBKARLARDAN TAXIL QƏBULUNU DAVAM ETDİRİR
Kürdəmir, 21 avqust (AZƏRTAC). Taxılçılıqla məşğul olan sahibkarlar cari mövsümdə istehsal etdikləri məhsulun satışında elə bir çətinliklə qarşılaşmırlar. Respublikamızın ayrı-ayrı bölgələrində təşkil olunmuş məntəqələrdə məhsul qəbul edilir və dəyəri nağd pulla ödənilir. Bu cür məntəqələrdən biri də “AVETA” MMC-nin “Kürdəmir - Taxıl” ASC-dir. Dəyirman indiyədək 19 min 550 ton ərzaq buğdası qəbul etmişdir. Məhsul əsasən Kürdəmir, Ağsu, Şəki, Zaqatala, İmişli, Beyləqandan olan sahibkarlardan götürülmüşdür. Qəbul olunan taxılın 212 tonu laboratoriya müayinəsi zamanı yaxşı keyfiyyətli olduğuna görə respublika fövqəladə hallar nazirliyinin ehtiyat taxıl fonduna verilmişdir. Bu məhsulun hər tonu üçün sahibkara 180 manat ödənilir.
Cəmiyyətin icraçı direktoru Rahim Nuğayev bildirmişdir ki, gətirilən taxılın heç də hamısı normativ göstəricilərə uyğun deyildir. Hətta bizə sürməli məhsul da gətirən olur. Halbuki, sahibkar özü də bilir ki, bu cür məhsul ərzaq üçün yararlı deyildir. Buna baxmayaraq normativə görə 5 faizdən yuxarı zibilli, habelə digər texniki göstəriciləri aşağı olan taxılı cüzi qiymət fərqi ilə qəbul edirik. Bu cür taxılın tonu 145 manatdan 175 manatadək dəyərində ödənilir.
Qeyd edək ki, respublikamızda taxılçılığın inkişaf perspektivləri nəzərə alınır. Məhsul qəbulu imkanlarının 80 min tona çatdırılması nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]