Kürdəmir rayonunda zəhərlənmə şübhəsi ilə 17 nəfər xəstəxanaya yerləşdirilib
Kürdəmir, 20 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
İyulun 19-da saat 23:30 radələrində Kürdəmir rayonunda zəhərlənmə şübhəsi ilə 17 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hospitalizasiya olunan şəxslərdən 7-si kişi, 10-u qadındır. Onların arasında 2 azyaşlı uşaq da var.
Pasiyentlərə xəstəxanada zəruri tibbi yardım göstərilib, səhhətləri nəzarətə götürülüb. Müayinələrin nəticəsinə əsasən, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb, müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [12:26]
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]
Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 30.09.2026 [09:14]