KÜRDƏMİRDƏ 6 YENİ POÇT ŞÖBƏSİ AÇILMIŞDIR
“Azərpoçt” dövlət müəssisəsinin Kürdəmir poçt filialından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda rayonda 21 poçt şöbəsi və 5 poçt agentliyi fəaliyyət göstərir. Təkcə bu ilin ötən müddətində Karrar qəsəbəsində, Topalhəsənli, Ərəbxana, Carlı, Muradxan və Atakişili kəndlərində yeni şöbələr açılmış, xidmət sahələri genişləndirilmişdir. İlin sonunadək Mehdili, Ərəb Qubalı, Qarasaqqal və Çöhranlı kəndlərində də yeni şöbələr fəaliyyətə başlayacaqdır.
Rayonda əhaliyə göstərilən poçt xidmətlərinin daha yaxşı təşkili üçün lazımi maddi-texniki baza da yaradılır. Bu məqsədlə hazırda Şəhər 1, Karrar qəsəbə, Mollakənd və Şıxımlı kəndlərində poçt filialları üçün yeni binalar tikilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]