RƏSMİ XRONİKA
KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX SABAH ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA
Əlahəzrət,
Küveyt Dövlətinin milli bayramı - Milli gün münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Küveyt arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da əlaqələrimizi bütün sahələrdə genişləndirəcək, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 9 fevral 2009-cu il.