Kvant şifrləmə zamanı məlumatların ötürülməsi sürəti 5-10 dəfə artırılıb
Bakı, 28 noyabr, AZƏRTAC
Dyuk Universiteti, Ohaya Universiteti və ABŞ-ın Ok-Ric şəhərində yerləşən Milli Laboratoriyanın kvant təhlükəsizliyi üzrə mütəxəssisləri tərəfindən hazırlanmış yeni sistem şifrləmə kodlarını başqa kvant sistemləri ilə müqayisədə 5-10 dəfə sürətlı yaradır və paylaşdırır.
Ohayo Universitetinin professoru Daniyel Qotye hesab edir ki, yaxın gələcəkdə əlçatan olacaq funksional kvant kompüteri mövcud kriptoqrafik şifrlərə müdaxilə edə biləcək. “Biz interneti kənar müdaxilələrdən qoruyan texnologiyalar haqda ciddi düşünməliyik”, - deyə alim vurğulayıb.
AZƏRTAC “hightech.fm” saytına istinadla xəbər verir ki, açarların kvant paylanması üzrə əksər sistemlərin problemi aşağı sürətdə (saniyədə 100 kilobaytadək) işləməklə bağlıdır və bu, praktiki məsələlərin həlli üçün çox zəif sürət sayılır. Odur ki, alimlər bir fotonda daha çox informasiya yerləşdirməklə kvant məlumatlarının ötürülməsi sürətini artırmağa təşəbbüs göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]