Laçın sakini: Biz doğma yerləri əvvəlkindən də gözəl edəcəyik
Bakı, 28 iyul, AZƏRTAC
Bugünkü gündən xoşbəxt gün ola bilməz. Həyatımda sonuncu dəfə bu qədər xoşbəxt olduğumu xatırlamıram. 34 yaşımda Laçını tərk etmişdim. Nə yarımçıq qalmışdısa elə oradan da davam edəcəyəm.
Bu sözləri AZƏRTAC-a Laçın rayon sakini Rəhilə Qurbanova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Tarixi Qələbə qazandığını diqqətə çatdıran R.Qurbanova onların sayəsində doğma Laçına qayıtdıqlarını deyib: “Mən elimdən, obamdan ayrı düşsəm də 31 il Laçın həsrəti ilə yaşayırdım. Bir ana kimi şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Arzum budur ki, bayrağımız hər bir yerdə dalğalansın və düşmən baxdıqca xar olsun. Biz yurdumuzu yenidən qurmağa gedirik. Biz doğma yerləri əvvəlkindən daha gözəl edəcəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]