Latviyada koronavirusa üçüncü yoluxma halı qeydə alınıb
Riqa, 9 mart, AZƏRTAC
Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi martın 8-də səhər saatlarında ölkədə COVID-19 koronavirus infeksiyasına ikinci, həmin gün axşam saatlarında isə üçüncü yoluxma halını təsdiq edib.
AZƏRTAC mərkəzin açıqladığı məlumata istinadla xəbər verir ki, infeksiyaya yoluxma halı analizlərin son mərhələsindən sonra təsdiq edilib. Ölkədə infeksiyaya yoluxma şübhəsi ilə müayinə olunan 222 nəfərdən götürülən analizlərin ikisi müsbət çıxıb.
İnfeksiyaya yoluxanların İtaliyaya turist kimi getdikləri məlum olub. İtaliyadan qayıdan bütün sərnişinlərin 14 gün ərzində ailə həkiminin nəzarəti altında “ev karantinində” qalmalı olduğu vurğulanıb. Vəziyyət aidiyyəti qurum tərəfindən nəzarətə götürülüb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]