Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlar üçün Qərbin ciddi təkliflərini görmür
Bakı, 28 sentyabr, AZƏRTAC
Moskva Ukrayna ilə bağlı danışıqlar üçün Qərbdən heç bir ciddi təklif görmür.
AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir Rusiya-Ukrayna danışıqlarının başlaması perspektivlərini şərh edərkən deyib: “Biz Qərbdən heç bir ciddi təklif görmürük”.
S.Lavrov vurğulayıb: “Afrika nümayəndə heyətləri əvvəllər Rusiyaya gəlib və sülh yolu ilə nizamlanmanın tərəfdarı olublar, həmçinin Çin, Braziliya və bir sıra digər ölkələrdən, həmçinin Ərəb Dövlətləri Liqasından təkliflər olub”. Nazir, həmçinin qeyd edib ki, bütün tərəflər üçün bərabər şəraitdə təhlükəsizlik təmin edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:17]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [18:45]