Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsi 19 santimetr azalıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində suyun səviyyəsində 19, Viləşçayın Şıxlar məntəqəsində 11, Təngərüdçayın Vaqo məntəqəsində 5, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 2 və Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 1 santimetr azalma qeydə alınıb. Gəncəçayın Zurnabad, Kürəkçayın Toğana, Şəmkirçayın Qalakənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 180 kubmetr/saniyə təşkil edir ki, bu da ongünlük normanın 109 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 3 faiz çoxdur.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 33 kubmetr təşkil edir. Bu da ongünlük normanın 36 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 2,3 dəfə azdır.
Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 santimetr azalma qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 68 kubmetr/saniyə təşkil edir. Bu da ongünlük normanın 16 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 15 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalaraq 115 santimetr olub, Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr azalaraq 77 santimetr təşkil edib.