LƏNKƏRANDA ÇİMƏRLİK FUTBOLU ÜZRƏ ZONA TURNİRİ KEÇİRİLİR
Lənkəran, 14 avqust (AZƏRTAC). Lənkəran şəhərindəki “Qafqaz” sahil hotelinin istirahət zonasında çimərlik futbolu üzrə “Cənub” kuboku uğrunda regional turnir keçirilir.
Azərbaycan Çimərlik Futbolu Federasiyasının “Cənub” Regional Futbol Federasiyası, Lənkəran Rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil etdiyi turnirdə 9 rayondan 12 komanda qalib adı uğrunda mübarizə aparır.
Dörd yarımqrupda keçirilən turnirin birinci günü yarımfinalçılar müəyyən edilmişdir.
Yarımfinal oyunlarında “A” qrupunda birinci yeri yutan Astara şəhərinin “Astara” komandası “D” qrupunun qalibi Lənkəran şəhərinin “Xəzər-92” komandası ilə, “B” qrupunda birinci olan Lənkəran şəhərinin “Kiçik bazar” komandası isə “C” qrupunun qalibi Cəlilabad şəhərinin “Cəlilabad” komandası ilə qarşılaşacaqdır.
Turnirdə 1-ci yeri tutan komandaya 500 manat, 2-ci yerin sahibinə 300 manat, 3-cü nəticə göstərən komandaya isə 200 manat pul mükafatı ilə yanaşı, diplomlar, fəxri fərmanlar və xatirə hədiyyələri təqdim ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]