LƏNKƏRANDA QƏZA BAŞ VERMİŞ BİNANIN TƏHLÜKƏLİ HİSSƏSİ UÇURULMUŞDUR
Binanın təhlükə doğuran hissəsi uçurulmuşdur. Bununla əlaqədar xilasedicilər işləri müvəqqəti dayandırmışlar. Binanın sakinlərinə ev əşyalarının daşınmasına icazə verilmişdir. Bu məqsədlə avtomaşınlar ayrılmışdır. Mülkü Müdafiə İdarəsinin xilasediciləri ev əşyalarının daşınmasında sakinlərə yaxından kömək edirlər.
Həmin gün daxili işlər naziri Ramil Usubov və respublikanın baş prokuroru Zakir Qaralov hadisə yerinə gəlmişlər. Vəziyyətlə yaxından tanış olduqdan sonra baş prokuror Zakir Qaralov bildirmişdir ki, qəza ilə əlaqədar cinayət işi açılaraq onun icrasına başlanmışdır. İstintaq gedir.
Daxili işlər naziri və baş prokuror qəzada həlak olanların yas mərasimlərində iştirak etmişlər.