Levon Mnatsakanyan ömürlük azadlıqdan məhrum edilib VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
AZƏRTAC xəbər verir ki, hökmə əsasən təqsirləndirilən Levon Mnatsakanyan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [17:40]
Turizm sənayesində innovasiya müsabiqələri keçiriləcək
- 20.08.2026 [15:58]
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
- 20.08.2026 [12:38]
Azərbaycanın rayonlarında yağıntılar sabah gündüz tədricən kəsiləcək
- 20.08.2026 [12:05]
“Dreamland Baku”: Bir məkanda istirahət, əyləncə və qolf VİDEO
- 20.08.2026 [09:59]