Azərbaycan Dövlət İnformasiya Agentliyi

Leyla Əliyevanın əsərlərində doğma Vətənə sonsuz sevgi duyulur

Bakı, 24 yanvar (AZƏRTAC). Mübaliğəsiz deyə bilərik ki, bu il yanvarın 17-də Londonda baş vermiş hadisəni qeyri-adi adlandırmaq olar. Həmin gün Londondakı məşhur “Phillips de Pury & Company” müasir incəsənət, fotoqrafiya və dizayn sərgi qalereyasında qeyri-ordinar bir hadisə baş verəcəyi səhər tezdən buraya gələnlərin və əməkdaşların keçirdiyi həyəcandan görünürdü. Qalereyada əlamətdar, ülvi, gözəl bir hadisənin qeyri-adi ab-havası duyulurdu. Binanın qarşısında hər növbəti avtomobil dayandıqca və onun içərisindən növbəti tanınmış şəxs çıxdıqca bu hisslər daha da güclənirdi. Aşkar görünürdü ki, bu gün burada keçiriləcək tədbir adi günlərdəkindən fərqlənəcək və bu tədbirə toplaşanlar heç də adi insanlar olmayacaqlar.

Mən də bu hisslərlə qalereyanın gözəl binasına yaxınlaşıb ona doyunca tamaşa etdikdən sonra foyeyə daxil oldum. Buradakı zövqlə tərtib edilmiş masaların üstündə “Baku” jurnalının ingilisdilli iki nömrəsinin nüsxələri, kompakt disklər, Azərbaycan haqqında yüksək poliqrafik səviyyədə tərtib edilmiş çap məhsulları düzülmüşdü. Elə buradaca “Bakıya uçuş” adlı sərgi haqqında materiallar diqqəti cəlb edirdi.

Həmin materialları gözdən keçirəndə məlum oldu ki, sərgiyə gələnlərin diqqətinə iyirmi bir müəllifin işləri təqdim ediləcəkdir. Onların arasında təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya və video kimi istiqamətlər üzrə çalışan Ağa Hüseynov, Aida Mahmudova, Əli Həsənov, Altay Sadıqzadə, Əliyar Əlimirzəyev, Ənvər Əsgərov, Leyla Əliyeva və digər sənət adamları vardı.

Sərginin anonsu ilə tanış olduqdan sonra hələ işıqlandırılmamış zalları oğrun gözdən keçirdim və burada sərgilənmiş işlərə baxandan sonra bir daha başa düşdüm ki, qalereyada təsvirəgəlməz həyəcanlı ab-havanın sirrini tapmışam. Bəli, bu gün burada müasir Azərbaycan incəsənətinin ən istedadlı sənətkarlarının əsərlərindən ibarət sərginin açılışı olacaqdır. Bu əsərlərin müəllifləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla xanım Əliyeva da vardır. Sərgidə Londonun bütün say-seçmə sənət adamları, incəsənət dünyasının elitası, dünya miqyaslı məşhurlar, əsl gözəllik sərrafları iştirak edəcəklər.

Leyla xanımın bir həftə əvvəl AZƏRTAC-a verdiyi müsahibə yadıma düşdü. Leyla xanım həmin müsahibədə demişdi ki, İngiltərə paytaxtında ilk dəfə belə bir sərgi keçirmək planlaşdırılır.

Budur, indi mən qalereyanın zallarından birinin mərkəzindəyəm. Sərginin təntənəli açılış mərasiminə bir neçə saat qalır. Mənim bəxtim gətirmişdi - burada, İngiltərə paytaxtının lap mərkəzində təsviri sənətin müxtəlif istiqamətlərini təmsil edən istedadlı Azərbaycan rəssamlarının yaradıcılığı ilə birinci tanış olanlardan biri mən olacağam.

Sərgidə nümayiş etdirilən işləri tələsmədən, bir-bir gözdən keçirdim, hələ tamaşaçıların olmadığı zalların ortasında sərgilənən heykəltəraşlıq əsərlərini müxtəlif tərəflərdən müşahidə etdim və yalnız öz sakit addımlarımın səsini eşitməklə bu işlərin müəlliflərinin obrazına daxil olmağı, xəyalən onların emalatxanalarına baş çəkməyi və bu əsərləri yaratdığı anda onların keçirdiyi hissləri yaşamağa çalışdım.

Bu işlərin hər biri insanı özünəməxsus tərzdə heyran edir. Leyla xanım Əliyevanın fırçasının məhsulu olan əsərlər həm xalqımızın qədim folkloru (məsələn, Azərbaycan xalq nağıllarından ibarət “Biri var idi, biri yox idi” kitabının rus və ingilis dillərində nəşrə hazırlanan variantlarına müəllifin illüstrasiyaları), həm də müasirlərimizin dünyagörüşünü, onların keçirdiyi hissləri əks etdirir. “Həyat davam edir” adlı əsər məni xüsusilə heyrətləndirdi. Burada insanın əvvəllər məruz qaldığı tale sınaqları və gələcəyə ümidlə dolu baxışları əks olunmuşdur. “Nar” və “Nar ağacı” rəsmləri bərəkətli Vətənimizə hədsiz sevginin təcəssümüdür. “Böyük beşlik” rəsmi isə Azərbaycanın bənzərsiz təbiətinin rəmzlərini: dağ zirvələrinin və səmanın məğrur sahibi qartal, ələkeçməz Qafqaz bəbiri, əyripəncə ayı, gözəl ceyran və türk xalqlarının rəmzi sayılan qurd əks olunmuşdur. Leyla xanım Əliyevanın və digər iyirmi sənətkarın əsərlərinə baxmaqdan doymaq olmur, insan bu əsərləri yaradanların duyğularına və emosiyalarına şərik olur.

Məsələn, tavandan saplarla asılmış “kağız təyyarələr” formasında rəngbərəng şüşələrin işıq harmoniyasına hətta müasir incəsənətdən o qədər də başı çıxmayan tamaşaçı da laqeyd qala bilməz. Bu şüşələrə baxanda uşaqlıq illərimizdə binaların yuxarı mərtəbələrinin pəncərələrindən həyətə atmağı hamımızın xoşladığı əyləncələri yada salır. Otağın divarlarına diqqətlə baxmasan bu sapdan asılı şüşələrin mənasını başa düşmək asan deyil: otağın o biri küncündə qoyulmuş proyektordan çıxan işıq seli bu rəngbərəng şüşə təyyarəciklərin gövdəsindən əks edərək divarda Bakı buxtasının, Qız qalasının, İçərişəhərin, dənizin dərinliklərinə gedən buxta və estakadanın təsvirlərini yaradır. Bir qədər irəli gedərək qeyd etməliyəm ki, Mehriban xanım Əliyeva sənətkarların işləri ilə tanış olarkən bu əsər onu həqiqətən heyran etmişdir.

Adi nazik taxtaları birləşdirməklə yaradılmış, məna etibarilə yuxarıda təsvir edilənə oxşar iş də heç kəsi laqeyd qoymadı. İlk baxışda bunlar adi taxta parçaları, tikinti tullantılarıdır. Lakin bu taxta parçalarından düzəldilmiş hörümçək torundan keçən işıq seli otağın o biri divarında gözəl bir şəbəkə, naxışın mərkəzində isə ulduz təsviri yaradırdı. Hər bir əsərin bənzərsizliyi barədə danışmaqla qurtarmaz. Şübhəsiz, burada yaxşıların yaxşısı toplanmışdı.

İlk dəfə belə bir sərginin keçirildiyi yer kimi məhz Londonun seçilməsi heç də təsadüfi deyil. İngiltərə paytaxtı dünya sənət xəzinəsi kimi ad çıxarmışdır. Burada çoxlu muzeylər, sənətşünaslıq institutları, qalereyalar vardır. Sərginin məhz Londonda keçirilməsi böyük ictimai əks-səda doğurur və Azərbaycan sənətkarlarının nailiyyətlərini xaricdə populyarlaşdırmağa əlavə təkan verir.

Bu günlərdə qalereyanın qapıları sərgiyə gələnlərin üzünə açıqdır. Bu genişmiqyaslı mədəni tədbirin keçirilməsi təşəbbüsünün müəllifi Leyla xanım Əliyevadır. Tədbir müstəqil art-konsultant Erve Mikaelofun kuratorluğu və “Phillips de Pury & Company” şirkətinin rəhbəri Simon de Pürinin konseptual-təşkilati dəstəyi ilə keçirilir. Leyla xanım bu yaxınlarda AZƏRTAC-a verdiyi müsahibədə haqlı olaraq qeyd etmişdir ki, bu insanlar incəsənət aləmində yaxşı ad çıxarmış məşhur simalardır. Leyla xanım həmin müsahibədə ümid etdiyini bildirmişdi ki, azərbaycanlı müəlliflərin işləri öz tamaşaçısını tapacaq və bu sərgi istedadlı gənc azərbaycanlıları dünya sənət meydanına çıxarmağın təməlini qoyacaqdır. Bu sərgi bizim mədəniyyətimizi və milli bənzərsizliyimizi nümayiş etdirmək üçün daha bir fürsətdir. O, qeyd etmişdir ki, son illərdə Azərbaycanda çox istedadlı gənclər yaranmışdır. Onlar rəssamların, heykəltəraş və musiqiçilərin əvvəlki nəsilləri kimi dünya sənət xəzinəsinə öz töhfələrini verə bilərlər. Bu gün Bakıda mövcud ab-hava müasir incəsənətin inkişaf etdirilməsi üçün hər cür şərait yaradır və dünya səviyyəsində tamdəyərli sərgilər hazırlamağa imkan verir.

Leyla xanım bizim agentliyə müsahibəsində qürurla demişdi: “Azərbaycanı belə bir nüfuzlu yerdə təmsil etmək böyük məsuliyyətdir”.

Simon de Püri də həmin sərginin təşkil edilməsi ideyasının necə yaranması barədə sirrini bölüşərək demişdir: “2011-ci ilin yayında mən xanımımla birlikdə ilk dəfə Bakıya getmişdik. Orada rəssamların işləri ilə tanış olduq, bu işlərin keyfiyyəti və orijinallığı bizi heyran etdi. Nəticədə bu sərgini keçirmək ideyası yarandı, Erve Mikaelof isə sərginin kuratoru kimi çıxış etdi”.

“Phillips de Pury & Company” şirkəti yeganə beynəlxalq hərrac evidir ki, onun fəaliyyəti yalnız müasir mədəniyyətlə bağlıdır. Bununla əlaqədar, həmin şirkət müasir incəsənət əsərlərini, qrafika janrında görülmüş işlərin, fotoşəkillərin, çap məhsulları və zərgərlik məmulatlarının satışı sahəsində lider mövqe tutur. Şirkətin nadir ekspertlər komandası sayəsində formalaşmaqda olan bazarlarda yeni meyillərə əsaslanan iş təcrübəsi toplanmışdır.

Nəhayət, sərginin çoxdan gözlənilən açılış mərasimi baş tutdu. Leyla xanım etiraf edir ki, bu sərginin keçirilməsi ideyası bir neçə il ərzində yetişmişdir.

Azərbaycanın nailiyyətlərini, o cümlədən incəsənət sahəsində uğurlarını xaricdə populyarlaşdırmaq baxımından “Bakıya uçuş” sərgisinin əhəmiyyətini lazımınca qiymətləndirmək çətindir. Mübaliğəsiz demək olar ki, Avropa paytaxtlarında keçirilməsi nəzərdə tutulan silsilə sərgiləri “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və ya digər nailiyyətlərlə müqayisə etmək olar. Bütün bu qələbələr və düşmənlərimizdə həsəd hissi doğuran əlamətdar hadisələr inandırıcı şəkildə göstərir ki, Azərbaycan düz yolla irəliləyir. Bu, yeni zirvələrin fəth edilməsi, dünya dövlətləri birliyində layiqli yer tutmaq yoludur. Səmimi etiraf etməliyik, bir vaxtlar bizə hər tərəfdən təlqin edirdilər ki, biz dünya miqyaslı nailiyyətlər qazanmağa qabil deyilik, biz müstəqil dövlət qurmağa və hansısa “xilasedici” mərkəz olmadan yaşamağa hazır deyilik. Bütün bunları bizə təlqin edənlər bizdə özümüzə inamsızlıq hissi aşılamağa çalışırdılar. Lakin bizim yaxın vaxtlarda qazandığımız (və əlbəttə, gələcəkdə də qazanacağımız) qələbələr bütün dünyaya sübut etdi ki, həmin adamlar çox yanılırdılar. Biz hamıya sübut etdik ki, özümüz müstəqil şəkildə dünya səviyyəli zirvələri fəth etməyi bacarırıq.

Artıq bu gün Azərbaycanın regionda bütün göstəricilər üzrə lider olması mübahisəsiz faktdır. Özü də bu uğurlar torpaqlarımızın bir hissəsinin işğal edildiyi, ölkədə bir milyon qaçqın və məcburi köçkünün olduğu şəraitdə qazanılmışdır. Şübhə etmirik ki, bu problem də ədalətlə həll ediləcəkdir. Onda Azərbaycanın daha mühüm zirvələrə gedən yolunda heç bir maneə olmayacaqdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb