LİONLA TURİN ARASINDA SÜRƏT QATARI HƏRƏKƏT EDƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Fransa və İtaliya Lion şəhəri ilə Turin arasında yüksək sürətlə hərəkət edəcək qatarlar üçün dəmir yolu xəttinin çəkilişinə dair ümumi razılığa gəlmiş və bu barədə memarandum imzalanmışdır. Yeni layihənin dəyəri 13 milyard avrodur və bu məbləğ iki ölkə arasında tən yarı bölünəcəkdir.Yolun 52 kilometrini Alp dağlarının altından keçəcək tunnel təşkil edəcəkdir.Tunneldəki işlərin 37 faizini Fransa tərəfi və 63 faizini isə İtaliya tərəfi görəcəkdir. Yeni dəmir yolu xəttinin 2015-2018-ci illərdə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Sənədi imzalamış Fransanın Baş naziri Jan-Pyer Raffaren və onun italiyalı həmkarı Silvio Berluskoni layihə ilə bağlı işlərin 20 fazini öhdəsinə götürməyi və bunun üçün 2,6 milyard avro ayırmasını Avropa birliyindən xahiş etməyi qərara almışlar.