Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lissabon – çimərliklər, əyləncələr və şopinq

Bakı, 4 sentyabr, Emil Eyyubov, AZƏRTAC

Portuqaliyanın paytaxtı Lissabon insanı valeh edən şəhərdir. Burada il ərzində günəşli günlərin sayı 290 gündür, temperatur isə nadir hallarda 15 dərəcə istidən aşağı düşər. Bu şəhərdə Atlantik okeanının çimərliklərindən zövq almaq və dəniz məhsullarına əsaslanan yeni yeməkləri kəşf etmək olar. Lissabonda ənənələr və qədim tarix “hi-tech” üslubunda müasir əyləncələrlə və innovasiyalarla tam uzlaşır. Ən başlıcası isə portuqaliyalılar qonaqpərvərlikləri ilə tanınır və ölkədə çoxsaylı turistlərin olmasından həmişə məmnundurlar.

AZƏRTAC Lissabon haqqında növbəti məqaləni təqdim edir.

“Ekspo”, Okeanarium və Jil

1998-ci ildə Lissabonda “Ekspo” Ümumdünya Sərgisi keçirilib və bunun nəticəsində şəhərdə yeni müasir rayon meydana gəlib. Bu ümumdünya sərgisi vaxtilə Parisə Eyfel qülləsini, Brüsselə Atomiumu hədiyyə etdiyi kimi, “Ekspo-1998” də özündən sonra Lissabonda bir sıra diqqətəlayiq tikililər qoyub. Belə ki, Teju çayının sahili boyunca 5 kilometr ərazidə, şəhərin şərq hissəsində futuristik görkəmdə “Gare do Oriente” vağzal terminalı inşa edilib. Hazırda bu terminal qatarları, metronu, avtobusu və taksini əhatə edir. Komplekslə üzbəüz binada “Vasco da Gama” ticarət mərkəzi yerləşir. Bir qədər uzaqda məşhur dəniz səyyahının adını daşıyan daha iki tikili - yelkən formasında Vasko da Qama qülləsi və Avropanın ən uzun körpüsü yerləşir. Lakin turistlərin buraya gəlməsinin başlıca səbəbi Millətlər parkındakı Okeanariumdur. Yeri gəlmişkən, Vasko da Qama qülləsindən Okeanariuma Teju çayının üzərindən keçən kanat yolla gəlmək olar.

Hər il Okeanariuma təxminən bir milyon ziyarətçi gəlir və o, haqlı olaraq Portuqaliyada ən populyar mədəni attraksion sayılır. Okeanariumun qeyri-adi binasının müəllifi ABŞ memarı Piter Çermayefdir. O, həmçinin Osakada və digər yerlərdə okeanariumun dizayneridir.

Kompleksin baş akvariumu 5 milyon litr dəniz suyu tutur. Dörd dəniz pavilyonu vahid okean təsəvvürünü formalaşdırır. Okeanariumda tropik flora və faunanı, Dünya Okeanının ilıq və soyuq sularını əks etdirən yerüstü və dəniz ekosistemlər təqdim edilir. Okeanariumun kolleksiyasına quşlar, məməlilər, balıqlar və digər dəniz heyvanlarından ümumilikdə 450 növü əhatə edən 16 min canlı daxildir. Böyük akvariumda köpək balıqları, skatlar, barrakudalar, xanı balığı, muraenalar, tuneslər və digər balıqlar üzür. Onların arasında ən unikalı ay-balıqdır. Ona digər okeanariumlarda az rast gəlinir.

Quşlar üçün ayrılmış ayrı-ayrı pavilyonlarda qaqarka, su qaranquşu, nazikdimdik kayra, atlantik tupiki, Magellan pinqvinləri və başqaları seçilir. Okeanariumda məməlilərdən maraqlı dəniz samuru var. Amfibiyalar üçün böyük pavilyon ayrılıb. Burada xallı salamandrlar, timsah-tritonlar, Avropa meşə qurbağası, quru qurbağası və faunanın digər nadir nümayəndələrini görmək olar.

“Ekspo” ərazisini tərk edərkən 1998-ci il Ümumdünya Sərgisinin talismanı, çay sahilində heykəli qoyulmuş Jil ilə fotoşəkil çəkdirməyi yaddan çıxarmayın. Talisman XV əsr portuqal dəniz səyyahı Jil Eaneşin şərəfinə adlandırılıb.

Okean çimərlikləri, Azadlıq prospekti və restoranda sürpriz

Daha sonra biz Lissabonun çimərliklərindən birinə getməyi və Atlantik okeanının sularına baş vurmağı qərara aldıq. Şəhərin ən yaxşı çimərlikləri Lissabonun okean sahillərindən Kaşkayş kurort şəhərinə qədər davam edir. Şəhərin mərkəzindəki “Cais do Sodré” dəmir yolu stansiyasından Kaşiaş çimərliyinə elektrik qatarı ilə 15 dəqiqəlik yoldur. Qatarda daha 10 dəqiqə getməklə populyar Oeyraş çimərliklərinə çatmaq olar ki, biz də bunu etdik. Qatarın saxladığı dayanacaqdan Müqəddəs Amaro çimərliyinə (Santo Amaro de Oeiras) 10 dəqiqə piyada getmək lazımdır. Burada əhali sovet dövründə Bakı çimərliklərində olduğu kimi çoxdur. “McDonalds”ın yaxınlığında soyunub-geyinmə, parklama yerləri, ayaqları suya çəkmək üçün su kranı var. Sahildəki narın və sarımtıl qum Abşeron çimərliklərinin qumunu xatırladır. Lakin okeanın suyu çox fərqlənir - hiss olunur (subyektiv) ki, o, buzlu sudur, özü də avqust ayında! Lakin hava istidir - müsbət 32-35 dərəcə və çimmək çox xoşdur. Bu çimərliyin daha bir xüsusiyyəti onun dərinliyindədir - dərinlik sahildən təxminən 2-3 metr məsafədə birdən başlayır, buna görə də adamların əksəriyyəti çimərliyin sahilə yaxın kiçik hissəsinə toplaşır və uzağa üzmür - hər halda okeandır.

Lissabona qayıtdıqdan sonra biz ac olduğumuz üçün restoranlardan birinə getdik ki, bu barədə sizə mütləq söhbət açmaq istəyirəm, çünki bu restoran bizim üçün qiymət və keyfiyyət baxımından əsl kəşf oldu. “Valverde” butik-otelinə məxsus restoran məşhur Azadlıq prospektinin (Avenida da Liberdade) düz ürəyində yerləşir. Eni 90 metr olan bu prospekt XIX əsrdə, 1879-1882-ci illərdə Parisin Yelisey çölləri üslubunda tikilib və təmtərağına görə dünyada 35-ci prospektdir. Burada nüfuzlu evlər, dəbdəbəli otellər, kafelər, teatrlar və təmtəraqlı mağazalar var ki, bu barədə bir qədər sonra danışacağıq.

“Sítio Valverde” restoranı otelin aşağı mərtəbəsində yerləşir. Buradan hovuzlu və bağçalı daxili həyətə çıxış var. Restoranda yaradılmış şərait istirahət üçün hesablanıb, insan burada özünü şəhərin mərkəzində deyil, kurortda olduğu kimi hiss edir. Menyu seçimində biz ofisiantın tövsiyəsinə əməl etdik. O, bizə birinci balqabaq krem-şorbasını, yanında qızardılmış qoz və xamalı sous, habelə tunesdən tomatlı və avokadolu Tataki təklif etdi. Əsas yeməklərə xanı balığı, krevetkalar və dəniz məhsullarından sousla birlikdə talyatelli (əriştə) və qızılbalıqdan hazırlanmış Teriyaki, yarma və tərəvəz qızartması daxil idi. Biz yeməklərin adını təsadüfən sadalamırıq. Bunların qiymətini biləndən sonra sizə hər şey aydın olacaq.

Beləliklə, isti yeməkdən sonra desertə keçdik. Bu, marakuyya parfesi, bişmiş kremli və meyvəli keks, habelə manqolu Pavlova (bize), çay və qəhvə idi. Bütün bunlar bir nəfər üçün 26 avroya başa gəldi. İnanın, bu, Avropa üçün baha deyil! Özü də restoranda yalnız təzə ərzaqlardan istifadə edilir, menyu isə hər gün dəyişir. Lissabona gedən və ağzının dadını bilənlərin bu ünvanı yadda saxlamasına dəyər.

Qloriya funikulyoru, “Colombo” və Moda Klinikası

Azadlıq prospektinin yaxınlığında Lissabonun daha bir görməli məkanı yerləşir. Bu, 1885-ci ildən fəaliyyət göstərən Qloriya funiklyorunun dayanacağıdır. O zamanlar hidravlik dartı qüvvəsi ilə işləyən funikulyor 1915-ci ildə elektrikləşdirilib. Kiçik tramvaya oxşayan funikulyora minmək üçün növbəyə durmaq lazımdır. Növbədə əsasən turistlər olur. Funikulyor hər 10-15 dəqiqədən bir gəlir. Qloriya marşrutunun uzunluğu isə cəmi 265 metrdir ki, bu məsafə 3 dəqiqəyə qət olunur. Siz bu məsafəni piyada 5-10 dəqiqəyə keçə bilərsiniz. Bu funikulyor bizim Lissabonda görməli olduğumuz ən qəribə əyləncədir və qiyməti 3,6 avrodur.

Bir qədər də Lissabonda şopinq barədə danışaq. Biz “Vasco da Gama” ticarət mərkəzindən başqa, Portuqaliyada olduqca böyük “Colombo” moluna getdik. Bu, “Colégio Militar” metrosunun girişindədir. Oradakı mağazaların sayı ölkənin istənilən ticarət mərkəzində olduğundan çoxdur: 340 mağaza, yemək üçün 60 məkan -kafelər, restoranlar, qəlyanaltıxanalar, boulinq-park, 9 zaldan ibarət, o cümlədən IMAX sistemli kinoteatr, idman klubu, açıq bağça - bütün bunların hamısı “Colombo” molunda yerləşir. Ticarət mərkəzinin daxili interyeri coğrafi kəşflər dövrünə aparır: heykəllər, fontanlar, böyük qlobuslar və s. Siz burada uşaq, qadın və kişi geyimləri, dəbli aksesuarlar, “hər şey ev üçün”, texnika, zərgərlik məmulatı və saat mağazalarını, “Primark” hipermarketini və “Continente” ərzaq supermarketini görə bilərsiniz.

Əgər sizi lüks brendlərin butikləri naraqlandırırsa, onların əksəriyyəti Azadlıq prospektindədir ki, biz bu prospekt barədə məlumat vermişik. Burada ekstravaqant adı olan JNCQUOI Moda Klinikası (JNCQUOI Fashion Clinic) mağazalar kompleksi yerləşir. Burada geyim, ayaqqabı, çanta, ətriyyat və aksesuarlar təklif edən “Balenciaga”, “Givenchy”, “Gucci”, “Prada”, “Valentino” və digər moda evlərinin mağazalarını görmək olar.

Yorulanda bizim kimi “The DeliBar”a girib dincəlmək və qəlyanaltı etmək olar. Yüngül salatlar, istridiya, pendir və kokteyllər sizin qüvvənizi bərpa edəcək. Burada dəniz məhsullarından çox dadlı yeməklər bişirirlər.

Yeri gəlmişkən, “Fashion Clinic” Fransanın “Ladurée” qənnadı evinin Portuqaliyada eksklüziv distribüteridir. Məşhur fransız desertlərindən biri olan makaron pirojnasını ilk dəfə məhz onlar hazırlayıb. Dünyanın 28 ölkəsində təqdim edilən bu brend çox yüksək keyfiyyətli desertləri, şokoladları ilə məşhurdur. Siz bunlardan Lissabonda dada bilərsiniz.

Fotolar Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib