Litva ABŞ-dan “Javelin” üçün 6,5 milyon avroluq raket partiyası alıb
Bakı, 24 iyul, AZƏRTAC
ABŞ Litvaya tank əleyhinə “Javelin” sistemləri üçün 6,5 milyon avro dəyərində raket partiyası göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bunun Litva ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcəyi qeyd edilir.
Satın alınan raketlərin sayı dəqiqləşdirilməsə də, partiyanın dəyərinin 6,5 milyon avro (7 milyon dollar) olduğu bildirilir. Eyni silahlardan ibarət 16,6 milyon dollarlıq ilk partiya Litvaya may ayında çatdırılmışdı.
2023-cü ilin dekabrında Litva və ABŞ beş illik müddəti əhatə edəcək hərbi əməkdaşlıq planını imzalayıb. Plan çərçivəsində Litva ordusu üçün lazım olan silahların, o cümlədən HIMARS reaktiv yaylım atəş sistemlərinin, zirehli maşınların və tank əleyhinə “Javelin” raketlərinin tədarükü üçün 60-a yaxın layihə həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]