Litva Ukraynada infrastrukturun bərpası üçün layihələrə 10 milyon avro ayıracaq
Bakı, 20 noyabr, AZƏRTAC
Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“Dünya Bankı öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpası, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsi, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsi məqsədilə 10 milyon avro ayırıb”, - məlumatda deyilir.
Bildirilib ki, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək. Bu, Litvanın ikinci belə töhfəsidir. Beş milyon avro məbləğində birinci yardım 2022-ci ilin sonunda edilib.
Ukrayna böhranı zamanı Vilnüs Kiyevə 1,5 milyard avro məbləğində hərbi, maliyyə və humanitar yardım göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]