Litva xaricdən gələnlər üçün özünütəcrid rejiminin qaydalarını dəyişdirir
Vilnüs, 10 oktyabr, AZƏRTAC
Litva hökuməti COVID-19-a yoluxma səviyyəsi Litva ilə müqayisədə yüksək olduğu ölkələrdən qayıtdıqdan sonra özünütəcrid rejimində qalmağa dair qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Litva bu günə kimi qüvvədə olan hər 100 min nəfər əhaliyə düşən 25 yoluxma halı meyarı ilə bağlı qaydadan imtina etməklə yeni qaydanı təsdiq edib.
Bu qaydaya əsasən, COVID-19-a yoluxma səviyyəsi Litva ilə müqayisədə 10 faiz yüksək olduğu ölkələrdən qayıtdıqdan sonra özünütəcrid rejimində qalmaq tələb olunur.
Hökumət, eyni zamanda iştirakçı sayından asılı olmayaraq bütün tədbir iştirakçılarının qeydiyyata alınması barədə qərar verib.
Litva Daxili İşlər naziri Rita Tamaşunenenin sözlərinə görə, epidemiyanın sürətlə yayılması baş verərsə, bu qayda virusa yoluxmuş xəstə ilə təmasda olmuş şəxslərin izlənməsini asanlaşdıracaq və onlara özünütəcrid rejimi qaydasını təyin etməyə imkan verəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]