LİVAN VƏ BMT “HİZBULLAH”I TƏRKSİLAHDAN İMTİNA ETMİŞLƏR
Nazir televiziya ilə çıxışında vurğulamışdır ki, Livan ordusu İsrailin müvəffəq olmadığı, yəni “Hizbullah”ı tərksilah bilmədiyi bir işlə məşğul olmaq niyyətində deyildir.
Murr Livan ordusunun rolundan danışaraq demişdir ki, onun vəzifəsi vətəndaşların və müqavimət döyüşçülərinin, yəni “Hizbullah” hərəkatının “İslam müqaviməti” adlı silahlı cinahının təhlükəsizliyini təmin etməkdən ibarət olacaqdır.
Livanın cənubunda yerləşdirilmiş BMT sülhməramlılarının komandanı, Fransa generalı Alen Pelleqrini də bildirmişdir ki, onun tabeliyində olan qüvvələr “Hizbullah”ın tərksilahında iştirak etməyəcəklər. O demişdir ki, bu, İsrail ilə sərhədyanı zonada vəziyyətə nəzarət etmək üçün Livana gətiriləcək daha 15 min sülhməramlının da vəzifəsinə daxil deyildir.
Pelleqrini nəzərə çarpdırmışdır ki, “Hizbullah”la məsələnin aydınlaşdırılması Livanın daxili işidir və bunun BMT sülhməramlılarına aidiyyəti yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]