Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazaya raket zərbələri endirilib
Roma, 20 noyabr, AZƏRTAC
BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya raket zərbələri endirilib.
AZƏRTAC xəbər verir ki, İtaliya kontingentinin qərargahı və UNIFIL-in Şama şəhərindəki bazası ümumilikdə 8 ədəd 107 millimetrlik raketlə vurulub. Raketlər açıq ərazilərə və hərbçilərin olmadığı bazanın ehtiyat hissələri anbarına düşüb, xəsarət alan olmayıb.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani raketlərin “Hizbullah” hərəkatı tərəfindən atıldığını deyib, UNIFIL-in kontingentinə hücumların yolverilməz olduğunu bildirib.
İtaliyanın müdafiə naziri Quido Krosetto isə UNIFIL-in bazalarına hücumların dözülməz həddə çatdığını olduğunu qeyd edib.
Qeyd edək ki, İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya daha əvvəl də müxtəlif hücumlar olub. İtaliyanın UNIFIL-də mindən çox hərbçisi var.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]