Liverpulda kütlənin üzərinə avtomobil sürən şəxs saxlanılıb
London, 28 may, AZƏRTAC
Liverpulda avtomobili kütlənin üzərinə sürən şəxslə bağlı cinayət işi açıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, polis hadisə ilə əlaqədar 53 yaşlı kişinin saxlanıldığını bildirib. Ona qarşı qəsdən adam öldürməyə cəhd, narkotik təsiri altında avtomobil idarəetməsi və təhlükəli sürücülük ittihamları irəli sürülüb. Şübhəli şəxsin Liverpulun Vest Derbi bölgəsindən olduğu bildirilir. Polis hadisənin terrorla bağlı olmadığını təsdiqləyib.
Qeyd edək ki, mayın 26-da futbol üzrə İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı bir sürücü avtomobilini azarkeşlərin üzərinə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 50-dən çox şəxs tibbi yardım alıb, onlardan 11-i xəstəxanada qalır. Bütün yaralıların vəziyyətinin sabit olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]
“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]