Liviya parlamenti milli birlik hökumətinin tərkibini təsdiq edib
Qahirə, 11 mart, AZƏRTAC
Liviya parlamentinin martın 10-da keçirilən iclasında Baş nazir Əbdülhəmid Dbeybehin başçılıq etdiyi milli birlik hökumətinin tərkibi təsdiq edilib. Beləliklə, ötən ilin dekabrında BMT-nin himayəsi altında keçirilən seçkilərdən sonra ölkənin bütün siyasi qüvvələrinin vahid siyasi mərkəzdə birləşməsi və xaosa son qoyulması planı başa çatıb.
AZƏRTAC xəbər verir ki, parlamentin əvvəllər cəbhənin təmas xətti olan Sirtə şəhərində keçirilən iclasında 134 millət vəkilindən 132-si milli birlik hökumətinə səs verib. Baş nazir Dbeybeh bildirib ki, bu səsvermə Liviya xalqının həmrəyliyini nümayiş etdirib. O, keçmiş münaqişə tərəflərini kin və ədavəti unutmağa və ölkənin gələcəyi naminə birliyi davam etdirməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]