LONDONDA “ARAZ AZERBAİJAN” QƏZETİNİN NÖVBƏTİ SAYI ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Londonda nəşr olunan “Araz Azerbaijan” qəzetinin növbəti sayı işıq üzü görmüşdür.
Qəzetin bu sayında martda Londonda təşkil edilmiş “Britaniyanın azərbaycanlı gözəli - 2008” müsabiqəsi, Avrovizia - 2008”də Azərbaycanı təmsil edəcək Elnur Hüseynov və Samir Cavadzadənin London “Azərbaycan Evi”ndəki görüşü, Amerikalı muğam ifaçısı Cefri Verbokla musahibə, azərbaycanlı tələbələrin Paris forumu, gənclərin qarşıdan gələn forumları və s. haqqında yazılar və maraqlı şəkillərlə tanış ola bilərsiniz.
Qəzetə abunə olmaq üçün 00 44 (0) 7809146861 nömrəli telefon və ya [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlamaq olar.
“Araz Azerbaijan” qəzeti Britaniyadakı azərbaycanlı gənclərin təşəbbüsü ilə 2006-cı ilin sentyabrından dərc olunur. Qəzetdə əsasən, Böyük Britaniya və Avropadakı azərbaycanlıların fəaliyyəti haqqında xəbərlərə geniş yer ayrılır, Azərbaycanın tarixi, azərbaycanlılar və Avropa mövzularında məqalələr yerləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]