LONDONDA “AZƏRBAYCANDA KİÇİK VƏ ORTA BİZNESİN SƏRMAYƏ İMKANLARI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLİR
Dekabrın 2-də Londonda “Azərbaycanda kiçik və orta biznesin sərmayə imkanları” mövzusunda beşgünlük konfrans açılmışdır. Forumdan məqsəd Azərbaycan iqtisadiyyatına, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına xarici sərmayə cəlb etmək, bunun yollarını axtarmaq, habelə Azərbaycan və Böyük Britaniya biznesmenləri arasında təcrübə mübadiləsi aparmaq, işgüzar əlaqələr yaratmaqdan ibarətdir.
Konfransın sonuncu günü Azərbaycan şirkətlərinin məhsullarının sərgisini keçirmək planlaşdırılır. Gözlənildiyinə görə, konfransın işində tanınmış Britaniya sahibkarları ilə yanaşı, ölkə hökumətinin üzvləri də iştirak edəcəklər.
Forum Böyük Britaniya Sənaye Konfederasiyası, ölkəmizin Londondakı səfirliyi və Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası tərəfindən təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]