Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Luç” Mədəniyyət Xadimləri Assosiasiyası öz fəaliyyətinə yekun vurmuşdur

Bakı, 3 noyabr (AZƏRTAC). “Luç” Mədəniyyət Xadimləri Assosiasiyasının növbəti iclası olmuşdur. İclasda təşkilati məsələlərə baxılmış, Assosiasiyanın fəaliyyətinə yekun vurulmuş, iki sənədli filmin təqdimatı olmuşdur.

Bakı Slavyan Universitetinin professoru Çingiz Bədəlov “Luç” Assosiasiyasının işində fəal iştirakına görə və anadan olmasının 80 illiyi münasibətilə fəxri fərmanla təltif edilmişdir.

Assosiasiyanın sədri professor Həsən Quliyev Tədbirlər Planını təqdim etmişdir. Planda Antologiya və bülleten buraxılışı, yazıçıların yaradıcılıq gecələrinin keçirilməsi, həmçinin sənədli film çəkilişinə hazırlıq və iki mükafatın (Molla Pənah Vaqif və “Nar” mükafatlarının) təqdim edilməsi üzrə müsabiqələr elan olunması nəzərdə tutulur.

Professor H.Quliyev xatırlatmışdır ki, “Luç” Mədəniyyət Xadimləri Assosiasiyası ədəbi-publisistik və poetik müsabiqələr təşkil edir. Bu il “Eurovision-2012” mahnı müsabiqəsinə həsr edilmiş “Azərbaycan dəyişən dünyada” adlı müsabiqə keçirilmiş, bu müsabiqənin yekunlarına əsasən kitab nəşr edilmişdir.

Cari ildə “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, Azərbaycan parlamentinin deputatları Elmira Axundova və Mixail Zabelin müsabiqəyə maliyyə dəstəyi göstərmişlər.

“Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası artıq 9 ildir ki, fəaliyyət göstərir. Bu müddətdə Assosiasiya Azərbaycanda rus dilinin qorunub saxlanmasında və inkişafında marağı olan insanları: Bakı universitetlərinin rus dili və ədəbiyyatı kafedralarında çalışan ədəbiyyatşünas və dilşünasları, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar və peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan, habelə kino sənətinə maraq göstərən yaradıcı insanları öz sıralarında birləşdirməyə nail olmuşdur.

Qeyd etmək lazımdır ki, bu təşkilatın geniş əhatəli fəaliyyəti ədəbiyyat sahəsində bütün problemlərin həllinə yönəlmişdir. Onun ən başlıca məqsədi isə Rusiya ilə Azərbaycan arasında ədəbi əlaqələri inkişaf etdirmək, Azərbaycanda fəaliyyət göstərən rusdilli yazıçıları və rus dilinin inkişafını dəstəkləməkdir.

“Luç” Assosiasiyası 9 il ərzində dünya ədəbiyyatı və kinosunun korifeylərinin bu və ya digər yubiley tarixlərinə həsr edilmiş müxtəlif tədbirlər keçirmiş, 20-dən çox nəsr, poeziya və publisistika antologiyası nəşr etmişdir. Bu antologiyalardan biri rusiyalı, ikisi gürcüstanlı müəlliflərlə müştərək nəşr edilmişdir.

Ayrıca İnternet saytı (www.luch-az.com) olan “Luç” Assosiasiyasının xarici ölkələrdə 50 üzvü və Azərbaycanda daha 50 üzvü vardır. 2010-cu ildən başlayaraq “Luç” “Rus dilində ən yaxşı hekayə” nominasiyası üzrə Beynəlxalq müsabiqə keçirir. Bu müsabiqəyə 16 ölkədən 200-ə yaxın əsər göndərilmişdir.

H.Quliyev bildirmişdir ki, bu il Assosiasiyanın səyləri sayəsində “M.F.Axundov və rus ədəbiyyatı” adlı kitab nəşrə hazırlanmış, iki sənədli film çəkilmiş, Azərbaycan şəhərlərində rus dilinə aid ustad dərsləri keçirilmişdir.

Bununla bərabər, təşkilatın rəhbəri iclas iştirakçılarına kədərli bir xəbər verməli olmuşdur. H.Quliyev təəssüflə qeyd etmişdir ki, “Luç” Assosiasiyasının yerinə yetirdiyi vəzifələrin vacibliyinə və onun fəaliyyətində nəzərəçarpacaq uğurlara baxmayaraq, maliyyə çətinlikləri ucbatından onun fəaliyyətini müvəqqəti dayandırmaq planlaşdırılır.

Kitab nəşrini və film çəkilişini Assosiasiya üzvlərinin təşəbbüskarlığı və dəstəyi hesabına davam etdirmək mümkündür, lakin müsabiqə qaliblərinin mükafatlandırılması və geniş miqyaslı tədbirlər keçirilməsi üçün təkcə xoş niyyətlər kifayət deyildir. Ümid buna qalır ki, müvafiq təşkilatlar bütün bu illər ərzində yalnız öz üzvlərinin təşəbbüsü sayəsində fəaliyyət göstərmiş “Luç” Assosiasiyasının düşdüyü çətin vəziyyətə, nəhayət, diqqət yetirəcəklər.

İnanmaq istəməzdik ki, “bu dünyada pul hər şeyi həll edir” prinsipi dilin və ədəbiyyatın inkişafı kimi müqəddəs məsələlərə də şamil ediləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı

Laçın Şəhəri Günü çərçivəsində nağıl-tamaşa nümayiş olunub

Qəhvəyi mərmər bağacığı ilə mübarizə məqsədilə 26 minə yaxın feromon tələ quraşdırılıb

Paris üçün kritik gün: “Fitch Ratings” Fransanın kredit reytinqini yenidən nəzərdən keçirir

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

İncəsənət məktəbləri üçün 5 yeni yaradıcı istiqamət üzrə tədris proqramları hazırlanıb

Laçında aparılan quruculuq işləri Azərbaycanın sülhə və dinc inkişafa yönəlmiş siyasətinin göstəricisidir – ŞƏRH

® “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən “Tənha anaların sosial inkişafına dəstək II” layihəsi fəaliyyətini davam etdirir

Azərbaycan və Özbəkistan alimləri vanadiumun alınması üçün yeni texnologiya hazırlayır

MDU tarixində rekord: tələbə qəbulu planı 98 faiz yerinə yetirilib

Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

İki dəfə uğursuz oldu, üçüncü cəhddə arzuladığı universitetə qəbul aldı - Dövlət Proqramının qalibi

AZAL uçuşlarda gecikmə və ləğv halları ilə bağlı sərnişinlərə müraciət edib

Rəqəmsal platformaların vergiyə cəlb olunması ədalətli rəqabətə imkan verəcək - RƏY

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Laçın dirçəlir: Köç, quruculuq, uşaq gülüşü VİDEO

Azərbaycanda mis konsentratı istehsalı 6 dəfədən çox artıb – QRAFİK

Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyevadan

“Nebesnaya qratsiya” Beynəlxalq İdmana Dəstək Assosiasiyasının prezidenti, Olimpiya çempionu Alina Kabayevadan

Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq

Ölkəyə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanıb

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Kino Agentliyinin direktoru: Filmlərimizin beynəlxalq səviyyədə yayımı əsas istiqamətlərdəndir

Azərbaycan və Özbəkistan alimlərinin birgə layihəsi: mis filizlərinin emalı üçün yeni texnologiya hazırlanacaq

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən

Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Şabranda yol qəzasında ölənlərin sayı 2-yə çatıb YENİLƏNİB VİDEO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar

Şamaxıda vətəndaşların müraciətləri dinləniləcək

Bu il BMU-nun qəbul planı ilkin olaraq 98,3 faiz dolub

Sentyabrdakı hərraclarda 82 avtomobil və gəmi satışa çıxarılacaq

Aslan Kərimov: “Sabah” mükəmməl iş görərək, hər mərhələdə inkişaf etməyi bacardı

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ADNSU və Özbəkistanın ali təhsil müəssisələri: ikili diplom və tələbə mübadiləsi

Azərbaycan–Özbəkistan aqrar əməkdaşlığı: təcrübədən strateji tərəfdaşlığa – ŞƏRH

® Maliyyə ehtiyaclarınız üçün “AccessBank”dan 50 min manatadək nağd kredit

Yulia Çimen: Azərbaycan-Türkiyə startap və vençur kapitalı əməkdaşlığında yeni mərhələ başlayır - MÜSAHİBƏ

Xüsusi nümayəndə: Laçının Buxara şəhəri ilə qardaşlaşmasına dair sazişin imzalanması mühüm hadisədir

Türkiyənin universitetlərində bəzi ixtisaslar üzrə tələbə çatışmazlığı yaranıb

Məsim Məmmədov: Laçın Beynəlxalq Film Festivalının ənənəvi xarakter almasına nail olmağı planlaşdırırıq

Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb

“Mançester Siti” 19 yaşlı mərakeşli futbolçunu 100 milyon avroya transfer edib

“ADEX”də yeni rekord: Sərgi üçün ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə verilir

® İlk hibrid mühərrikli “Toyota Land Cruiser 300” - İndi Azərbaycanda satışdadır

Sabahdan X sinif şagirdlərinin elektron yerdəyişmə prosesinə başlanılır

Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı tarixi uğur münasibətilə təbrik edib

Paytaxtda daha 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Nigar Axundova: Sürəyya Ağaoğlu öz dövrünün görkəmli qadını olub və bu gün də belə olaraq qalır - MÜSAHİBƏ

Səfir: İmzalanan müqavilələr Özbəkistan-Azərbaycan müttəfiqliyinin inkişafını əks etdirir

Azərbaycan Voleybol Federasiyası ilə CEV arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Almaniyanın Maqdeburq şəhərində miqrant sahibkarlar irqçiliyə etiraz olaraq mağazalarını bağlayıblar

Bəyimxanım Vəliyeva: Azərbaycan muğamı ölkəmizi beynəlxalq aləmdə tanıdan ən qiymətli sənət incilərindəndir

Süni intellekt Azərbaycan bizneslərinin xarici bazarlara çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər - ŞƏRH

AMADA-nın icraçı direktoru: Təmiz idman sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığının əhəmiyyəti yaxın illərdə daha da artacaq

“Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

Fransa maliyyə böhranı riski ilə üz-üzədir: bu təhlükə hər gün artır

Qaraçöpdən Avropaya uzanan uğur yolu: Zülfüqar Xubanov

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Astanada “GASTHERM EXPO 2026” və “GASTHERM INTERNATIONAL FORUM” davam edir VİDEO

Yerli turizm sənayesi nümayəndələri Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfəri ediblər

Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq – PROQNOZ

Qayıdan xatirələr... VİDEO

Qayıdan xatirələr... VİDEO

İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ

ABŞ Cənubi Koreya və Yaponiya ilə birgə hərbi təlimlərə hazırlaşır

Özbəkistan tək səyahət etmək üçün ən yaxşı 5 ölkə sırasına daxil olub

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

Qurban Qurbanov: Rəqiblər artıq Azərbaycan klublarından çəkinməyə başlayırlar VİDEO

MDU-da müəllim olmaq arzusu ilə yüksək bal toplayan tələbə ilə görüş olub

Türkiyədəki Side antik şəhərində 390 metrlik qədim küçə üzə çıxarılıb

Fransada yarım ildə 33 mindən çox sahibkar fəaliyyətini itirib

Çin xaricdə qanun pozuntusuna yol vermiş vətəndaşların ölkədən çıxış qaydalarını sərtləşdirəcək

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO

“Sabah”ın polşalı futbolçusu: Mikelsin qolundan sonra dəli kimi ağlamağa başladım

Pakistan səfiri: Yaxın zamanda Azərbaycanla enerji sektorunda əməkdaşlığın inkişafı ilə bağlı xoş xəbərlər eşidəcəyik

Laçın bu gün Azərbaycanın yeni inkişaf salnaməsinin parlaq səhifələrindən birinə çevrilib ŞƏRH