LVOVDAKI AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİ HEÇ VAXT UNUTMAYACAQLAR
Mayın 2-də AZƏRTAC-ın Kiyevdəki müxbir məntəqəsinə Lvovdan məktub daxil olmuşdur. Məktubu Azərbaycan diasporunun ağsaqqalı, Ukraynanın əməkdar bədən tərbiyəsi və idman xadimi, tibb elmləri doktoru, professor Məmməd Cəfərov və Ukraynanın əməkdar həkimi, dövlət idarəçiliyi elmləri namizədi, Lvov şəhər 1 nömrəli kliniki xəstəxanasının baş həkimi Cəvahir Cəfərova imzalamışlar.
Məktubda deyilir:” Biz, 62 ildir Lvovda yaşayan Azərbaycan mənşəli Ukrayna vətəndaşları xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünün qeyd ediləcəyi günü - mayın 10-nu həyəcanla gözləyirik”.
Məktub müəllifləri vurğulayırlar ki, iki dost ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə kömək göstərmiş Azərbaycan Respublikasının Ukraynadakı səfirliyini məhz Prezident Heydər Əliyev təsis etmişdir.
Məktubda deyilir: “Biz fəxr edirik ki, ulu öndər Ukraynanın ali mükafatı - I dərəcəli Yaroslav Mudrı ordeni ilə təltif olunmuşdur”.
M.Cəfərov yazır: “İndiyədək Heydər Əliyevlə şəxsən görüşməyimin təsiri altındayam. 1972-ci ilin martında mənə Lvovdan Azərbaycan rəhbəri ilə görüşə dəvət edilmək şərəfi nəsib olmuşdur”.
Sonra deyilir: Biz, ümummilli Rəhbərimizin və Müəllimimizin “Ukraynada yaşayan hər bir azərbaycanlı xalqımızı layiqincə təmsil etməlidir” nəsihətini unutmamalıyıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]