Lyon şəhərində dövlət vəsaitinin mənimsənilməsi işi üzrə istintaq davam edir
Paris, 10 aprel, AZƏRTAC
Lyon şəhərinin meri Qreqori Duse (Grégory Doucet) və şəhərin keçmiş meri erməni əsilli Jorj Kəpənəkyan (Georges Képénékian) müstəntiqlər tərəfindən dindiriliblər.
AZƏRTAC xəbər verir ki, Lyon prokurorluğu tərəfindən “dövlət vəsaitinin mənimsənilməsi” ittihamı ilə açılmış məhkəmə işi ilə əlaqədar şəhərin indiki və sabiq meri maliyyə briqadası tərəfindən müvəqqəti saxlanılaraq dindiriliblər.
Keçmiş mer Jerar Kolomb daxili işlər naziri təyin olunanda, onun birinci müavini erməni əsilli Jorj Kəpənəkyan 17 ay şəhərin meri səlahiyyətlərini icra edib. Onun 2 saatdan çox dindirildiyi bildirilir.
2024-cü ilin fevralında Lyon dövlət prokurorluğu tərəfindən “dövlət orqanı vəzifələrində olan şəxslər tərəfindən dövlət vəsaitlərinin mənimsənilməsi” ilə bağlı açılan təhqiqat Jerar Kolomb, Jorj Kəpənəkyan və Qreqori Dusetin səlahiyyət müddətləri dövrünü əhatə edir. Bu dindirmələr regional audit idarəsinin hesabatından sonra aparılıb. İstintaq davam edir.
J. Kəpənəkyan 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə Lyon meriyasına namizədliyini irəli sürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]