Macarıstan Azərbaycana minnətdarlığını bildirib
Budapeşt, 4 aprel, AZƏRTAC
Macarıstan hökuməti bu çətin günlərdə Azərbaycan tərəfindən bu ölkəyə göstərilən köməyə görə təşəkkürünü bildirib.
AZƏRTAC xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyyarto öz Facebook səhifəsində minnətdarlıq ifadə edən sözlər yazıb. O bildirib ki, Türk Şurasının üzvü olan Azərbaycan Macarıstana kömək kimi ayırdığı 10 min ədəd respirator maskasını bu ölkənin Bakıdakı səfirliyinə təqdim edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt