Macarıstan ölkəyə gələn turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir
Budapeşt, 14 mart, AZƏRTAC
Macarıstanın Nazirlər Kabineti bugünkü qərarı ilə bu ölkəyə gələn əcnəbi turistlərə münasibətdə indiyə qədər qüvvədə olan bütün koronavirus məhdudiyyətlərini ləğv edib.
AZƏRTAC xəbər verir ki, ölkə polisinin saytında müvafiq məlumat yerləşdirilib.
Bundan sonra Macarıstana gələn turistlər vaksinlənmədən keçmə və PZR-testlərinin nəticələri barədə sübutu təqdim etmək zərurətindən azad edilirlər. Eyni zamanda, ölkə daxilində pandemiya məhdudiyyətlərinin ləğvi barədə hələ ki, məlumat yoxdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]