Macarıstanda mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər hazırlanır
Budapeşt, 20 oktyabr, AZƏRTAC
Macarıstan hökumətinin yeni mənzil siyasəti daşınmaz əmlak bazarına əlavə təkan verə bilər.
AZƏRTAC xəbər verir ki, 2027-ci il büdcəsində nəzərdə tutulan tədbirlər, o cümlədən “Wekerle Plusz” proqramı və yeni tikililərə tətbiq edilən 5 faizlik ƏDV dərəcəsinin azadılması mənzil bazarının canlanmasına kömək edə bilər.
“İngatlan.com” portalının iqtisadi ekspertləri bildirirlər ki, güzəştli kreditlər alıcıların bazara qayıtmasını stimullaşdıra bilər. Proqrama əsasən, yeni tikililər üçün kredit faizinin 3 faiz, mövcud mənzillər üçün isə 5 faiz olması nəzərdə tutulur.
Bundan başqa, mənzil və tələbə yataqxanalarının tikintisi üçün ilkin olaraq 30 milyard forint vəsait ayrılması planlaşdırılır. Enerji səmərəliliyinin artırılması məqsədilə evlərin təmirinə güzəştli kreditlər və əvəzsiz maliyyə dəstəyi də verilə bilər.
Ekspertlərin fikrincə, bu tədbirlər mənzil təklifini artırmaqla yanaşı, yaşayış xərclərinin azaldılmasına da şərait yarada bilər. Bununla belə, proqramların bazara real təsiri onların yekun şərtləri açıqlanandan sonra müəyyənləşəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]