MACARISTANIN BAŞ NAZİRİ İSTEFAYA GETMƏKDƏN YENƏ DƏ İMTİNA ETMİŞDİR
Macarıstan Prezidenti Laslo Şoyom ölkə parlamentini Dürçan hökumətini istefaya göndərməyə çağırmışdır. Prezident demişdir: “Baş nazir hakimiyyəti əlində saxlamaq üçün yolverilməz vasitələrdən istifadə etmişdir. Bu, demokratiyaya inamı zəiflədir”.
Macarıstanda oktyabrın 1-də yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə Dürçanın da daxil olduğu sol qüvvələrin hakim koalisiyası bir çox bələdiyyələrdə müxalifətə məğlub olmuşdur.
Dürçanın vaxtından əvvəl vəzifəsindən getməsi məsələsi müxalifət nümayəndələri tərəfindən sentyabrın sonlarında irəli sürülmüşdü. O zaman Macarıstan telekanallarından birinin efirində səsləndirilmiş lent yazısında hökumət başçısı demişdir ki, o və həmkarları seçkilərdə qalib gəlmək üçün “səhərdən axşamadək” yalan danışmışlar.
Bu ilin may ayında yazılmış bu lent yazısı Budapeştdə kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdur. Aksiyaçılar Dürçanın istefasını tələb edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]