Madriddə ailə həkimləri və pediatrlar çatışmır
Madrid, 11 mart, AZƏRTAC
“Amyts” Madrid Həmkarlar İttifaqı ilkin tibbi yardım göstərən 5 mindən çox həkimi bu gün müddətsiz tətil elan etməyə çağırıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, tibb işçiləri Madrid xəstəxanalarında 600 ailə həkiminin və 200 pediatrın çatışmaması ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb edəcəklər.
Madrid hakimiyyəti bunun ümummilli problem olduğunu bəyan edir.
“Amyts” Həmkarlar İttifaqının verdiyi məlumatlara görə, keçən ilin yayında şəhər hakimiyyətinin ordinaturanı bitirmiş yeni ailə həkimlərini və pediatrları işə götürmək imkanları olub, lakin onlar bunu etməyiblər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]