Magistraturaya qəbul imtahanı ilə əlaqədar Apellyasiya Komissiyası fəaliyyətə başlayıb
Bakı, 24 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün yaradılan Apellyasiya Komissiyası bu gündən etibarən fevralın 26-dək fəaliyyət göstərəcək.
Bakalavrlar komissiyaya saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Apellyasiya Komissiyası DİM-in Bakı şəhəri, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]