Mahir Emrelinin transfer qiyməti artıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Polşanın “Legiya” komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.
Qeyd edilib ki, mövsümün əvvəlində transfer qiyməti 1 milyon avro olan M.Emrelinin Polşa komandasındakı uğurlu çıxışı onun transfer dəyərinə müsbət təsir göstərib. İyirmi dörd yaşlı forvardın transfer qiymətinin 2 milyon avro olduğu bildirilib.
Bununla da, millimizin üzvü Polşa Ekstraklasasının ən qiymətli futbolçularından ibarət ilk “10-luq”a daxil olub. O, komanda yoldaşı Bartoş Slişlə son iki yeri bölüşür.
Xatırladaq ki, Mahir Emreli yayda “Qarabağ”dan “Legiya”ya transfer olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]