“MAKDERMOTT” ŞİRKƏTİ DAHA BİR LAYİHƏNİ İCRA EDƏCƏKDİR
Şirkətin Xəzər layihələri üzrə vitse-prezidenti və baş meneceri Den Hauzer demişdir ki, yeni müqavilə “MakDermott”un ABƏŞ və bp ilə işgüzar əlaqələrinin daha da möhkəmlənməsi yolunda növbəti mərhələdir. Bu yeni işbirliyi şirkətin Xəzər regionundakı fəaliyyətinin daha da genişlənməsinə imkan yaradacaqdır.
Yeni müqavilə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi üzrə indiyədək mövcud olan qurğuların modifikasiyası, yeni modulların hazırlanması, onların quruda yığılması və tam komplektləşdirilməsi, istismarqabağı yoxlanması, dənizə yola salınması, KvəSP və MA platformalarına birləşdirilməsi işlərini əhatə edir. Bu vəzifələrin icrasına cari ilin son rübündə başlanacaqdır. Tikinti-quraşdırma işləri Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda (BDÖZ) yerinə yetiriləcəkdir.
Şirkətin işçi qüvvəsinin 80 faizini Azərbaycan vətəndaşları təşkil edir. İşlərin təhlükəsiz yerinə yetirilməsi məqsədi ilə “MakDermott” yerli mütəxəssislər üçün təhlükəsizlik texnikası və peşə təliminə dair proqramlar da həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]