Maki Sall ikinci dəfə Seneqal Prezidenti seçilib
Bakı, 28 fevral, AZƏRTAC
Seneqalda keçirilən prezident seçkilərinin yekun nəticələri açıqlanıb. Bu ölkənin seçki komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı Maki Sall yenidən Prezident seçilib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Maki Sall seçicilərin səslərinin 58 faizini toplayıb. Onun seçkilərdə qələbəsinin səbəbi kimi ölkə iqtisadiyyatında son illər 6 faizlik artımın olması göstərilir. Bu, Afrika qitəsində ən yüksək göstəricilərdən biridir.
Maki Sallın müxalifətdən olan rəqibləri - Dakarın keçmiş meri Xəlifə Sall (qohumluq əlaqələri yoxdur) və Kərim Vade korrupsiya ittihamlarına görə seçki marafonunu vaxtından əvvəl tərk ediblər. Prezidentin əsas rəqibi, sabiq Baş nazir İdrissa Sek isə cəmi 21 faiz səs toplaya bilib.
Seneqaldakı prezident seçkilərində 6,6 milyon seçici səs verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]