Makron Fransadakı etirazlara görə Almaniyaya dövlət səfərini təxirə salıb
Bakı, 1 iyul, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Almaniyaya iyulun 2-4-nə planlaşdırılan dövlət səfərini ölkəsindəki etirazlara görə təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya dövlətinin başçısı Frank-Valter Staynmayerin ofisi məlumat verib.
“Emmanuel Makron bu gün Prezident F.V.Staynmayerə zəng edib və ona ölkədəki vəziyyətlə bağlı məlumat verib. Prezident Makron Almaniyaya planlaşdırılan dövlət səfərinin vaxtının dəyişdirilməsini xahiş edib", - məlumatda deyilib.
Qeyd edək ki, bu, Fransa Prezidentinin son 23 ildə Almaniyaya ilk dövlət səfəri olacaqdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]