Mali ordusu ölkənin cənub-qərbində terrorçuların bir neçə bazasını məhv edib
Bakı, 29 iyul, AZƏRTAC
Mali Silahlı Qüvvələrinin bölmələri ölkənin cənub-qərbində antiterror əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə AES INFO informasiya portalı məlumat yayıb.
Mali hərbçiləri ərazidə bir neçə terror bazasını aşkarlayaraq məhv edib. Bundan əlavə, onlar Nara və Kvala şəhərlərini birləşdirən yolu açıblar.
Ordu bölmələri, həmçinin yerli əhalidən quldurlar tərəfindən oğurlanmış mal-qaranı geri qaytarıblar.
Qeyd edək ki, Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan bəri ölkə, ilk növbədə, təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyətdədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [20:58]