Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycan Avropa İttifaqı ilə enerji dialoquna başlayıb

Malik Həsənov: Azərbaycan Avropa İttifaqı ilə enerji dialoquna başlayıb

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə bir daha ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlara və onların fonunda müəyyənləşdirilən prioritetlərə işıq saldı. Azərbaycanın xarici siyasət uğurlarından geniş bəhs edən ölkə Prezidenti İlham Əliyev diqqəti istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimizin inkişafına, ölkəmizin artan roluna yönəltdi. Reallıq budur ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatındakı uğurlarımız xüsusi olaraq qeyd olunmalıdır. Quruma üzv dövlətlərin yekdil qərarı əsasında Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması ölkəmizin beynəlxalq nüfuzunun, ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstəyin nəticəsidir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına davamlı töhfələr verir. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı idi. Ölkələr arasında əlaqələrin inkişafında, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunmasında parlamentlərarası münasibətlərin inkişafına xüsusi önəm verən Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi və böyük dəstək qazandı. “Azərbaycan öz sözünə sadiq qalan ölkədir” söyləyən dövlət başçısı bu məqamlara da diqqəti yönəltdi ki, Azərbaycanın beynəlxalq aləmdə rolu, göstərdiyi həmrəylik, ehtiyac içərisində olan ölkələrə maddi, humanitar yardımları və sair kimi mühüm addımlar ölkəmizin nüfuzunun artmasında mühüm rol oynayır. 2019-cu ilin sonlarından dünyanı cənginə alan COVID-lə mübarizədə ölkəmizin daxildə, həmçinin beynəlxalq aləmdə həyata keçirdiyi tədbirlərə, irəli sürdüyü təşəbbüslərə, ən əsası bununla bağlı 80-dən çox ölkəyə maddi və humanitar dəstəyinə diqqət yetirmək kifayətdir. Bu uğurlarımız təsdiqləyir ki, hər zaman ədaləti və beynəlxalq hüququ dəstəkləyən Azərbaycan müstəqil siyasətinin uğurlarını yaşayır və gələcəyə daha inamla addımlamaq üçün böyük potensiala malikdir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafından bəhs edərkən Avropa İttifaqı ilə münasibətlərimizi xüsusi qeyd etməliyik: “Ölkə Prezidenti müşavirədə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı aparılan geniş müzakirələrə diqqəti yönəltdi. Tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması istiqamətində göstərdiyi səylər göz önündədir. Qurum Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır.”

Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığın dünənindən, bu günündən və perspektivlərdən geniş bəhs edən deputat iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını xüsusi qeyd edib: “Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin mətbuata bəyanatları Azərbaycanla qurum arasında əlaqələrin inkişaf səviyyəsinin aydın mənzərəsini yaratdı. Azərbaycanın təşəbbüsçüsü olduğu enerji layihələri Avropa İttifaqı və ona üzv olan dövlətlər tərəfindən daim böyük dəstək qazanıb. Ölkəmizin uğurla başa çatdırdığı enerji layihələri dünyanın enerji xəritəsini tamamilə dəyişib. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında imzalanan sənədi Avropa İttifaqı ilə əlaqələrimizin inkişafında yol xəritəsi kimi dəyərləndirdi. O da məlumdur ki, 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənəd imzalanmışdır”.

Malik Həsənov ölkə Prezidentinin mətbuata bəyanatında yer alan bu məqama da xüsusi diqqət yönəldib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Azərbaycan malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etməklə həm dayanıqlı inkişafını təmin edir, eyni zamanda, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Məhz uğurlarımız bu reallığı da təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır.

Deputat Azərbaycanın iqtisadi qüdrətinin, maliyyə imkanlarının artması fonunda ordu quruculuğu sahəsində atılan davamlı addımlardan da bəhs edib: “Tarixi Zəfərimizdən sonra ölkəmizin digər sahələr kimi ordu quruculuğunda atdığı addımları davamlıdır. Ölkəmizin hərbi xərcləri artırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bir daha bu çağırışı etdi ki, nə qədər lazımdırsa, o qədər də artıracağıq: “Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmuzu istənilən yolla təmin edək.”

“Göründüyü kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti öz sözünü deyir. Bu günümüzün əsas məsələsi olan tarixi Zəfərimizin reallıqları dünya gücləri tərəfindən dəstəklənir, qəbul olunur və fəaliyyətlərini bu istiqamətdə qururlar. Azərbaycana hazırda beynəlxalq dəstək yüksək səviyyədədir. Digər tərəfdən ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənir. Bu ilin 6 ayının sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin müşavirədəki giriş və yekun nitqi Ermənistana, ona havadarlıq edən dövlətlərə mesajları da özündə ehtiva edir. Əsas məsələ Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn tələblərin Ermənistan tərəfindən yerinə yetirilməsidir. Ermənistana bir daha xəbərdarlıq edildi ki, əgər zərərli meyillərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik” , - deyə Malik Həsənov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib

Noder Alibekov: Özbəkistan və Azərbaycan startaplar sahəsində çoxsaylı birgə layihələr həyata keçirir

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət daxil olub

Mütəxəssis: Geomaqnit qasırğaları bəzi insanlarda başağrısı və yuxu pozuntusunu gücləndirə bilər

Tarixi yaddaş və gündəlik həyat: keçmişi öyrənməyə hansı mənbələr kömək edir?

İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb

Azərbaycandan Bolqarıstana xam neft ixracı kəskin artıb

Əməkdar artist: Muğam müsabiqələri üçün çoxlu sayda ifaçı yetişdirmişəm

Naxçıvan Avrasiya nəqliyyat xəritəsində mühüm logistika mərkəzinə çevrilir - MÜSAHİBƏ

Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş olub

İsrailli veteran futbolçu: “Sabah”ın “Hapoel”ə qalib gəlib mərhələni adlaması təəccüblü olmaz

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Vətəndaşların nəzərinə: Kiberdələduzluq hallarına qarşı diqqətli olun!

Cins mal-qara, müasir texnologiya və dövlət dəstəyi: Şəmkirdə heyvandarlıq sahəsi inkişaf edir

“Şimal axını” qaz kəmərlərindəki partlayışlarda şübhəli bilinən daha bir nəfər saxlanılıb

Bir əsrlik elm xəzinəsindən rəqəmsal kitabxanaya: 101 ilin uğur hekayəsi

Ukrayna Ali Radası Yevgeni Xmaranın müdafiə naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib

Qvineyalı futbolçu “Fənərbağça”dan ayrılıb

® “PAŞA Holdinq” gənc hüquqşünaslar üçün “LEGIS” Mentorluq Proqramına start verib

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsi aşkarlanıb

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Nuriyyə Hüseynova: Macarıstanda zəngin mədəni irsimizi böyük qürurla təmsil etdik

Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib

Ərdoğan: İran və ABŞ arasındakı münaqişənin həllinin yeganə yolu danışıqlardır

Əvəzçilik üzrə əmək fəaliyyəti necə tənzimlənir?

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib VİDEO

Tbilisidə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

Son 2 ildə Xaçmazda min hektaradək intensiv şaftalı bağı salınıb

Türkiyədə müəllimlər üçün xüsusi geyim forması tətbiq olunacaq

Nazirlik: Naxçıvan Sənaye Parkında sahibkarlara geniş güzəşt və dəstək mexanizmləri tətbiq olunacaq

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

KMBİ xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib VİDEO

® “Bir” ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır

AzTU tələbələri aqrar innovasiya “Bootcamp”ında startaplarını təqdim ediblər

Ali Rada Andrey Sibiqanı Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edib

Qış aylarında neftin qiyməti 100 dollar həddini keçə bilər

Zərifə Quliyeva beynəlxalq təşkilat tərəfindən “Onur Belgesi” ilə təltif olunub

Ülvi Kərimov: Xaricdə təhsil gələcək karyeram üçün möhkəm təməl yaradacaq

Ekspert: Logistika xərclərinin azalması sahibkarların xarici bazarlara çıxışını asanlaşdıracaq

Həftəsonunadək gözlənilən hava şəraiti açıqlanıb

Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub

Bu il Azərbaycandan Türkiyəyə 2 milyard dollarlıq ixrac baş tutub

Yeni Qanun toxumçuluğun inkişafı üçün hüquqi bazanı gücləndirir

BDU-nun təşkilatçılığı ilə Qubada tələbələr, şəhid və qazi övladları üçün yay düşərgəsi təşkil olunacaq

Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək

Marin Lö Penin konstitusiya referendumu Fransada hüquqi-siyasi qarşıdurma riski yaradır

Türkiyənin “Maarif” Məktəblərinin nümayəndələri Marneulidə “Azərbaycan Evi”ndə olublar

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

® “Yaşıl Cümə” yenidən “İrşad”da! VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Alim: Xəzərin səviyyəsinin dəyişməsində iqlim və tektonik amillərlə yanaşı, antropogen təsir də rol oynayır VİDEO

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək -XƏBƏRDARLIQ

Almaniyada xaricdə əldə olunan peşə ixtisaslarının tanınması artıb

Yuriy Bivol: Azərbaycanda qonaqpərvər tamaşaçılar və Bakının gözəlliyi bizi heyran etdi

“Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 19 mart tarixli 107 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“IT Park Uzbekistan”ın icraçı direktoru: Özbəkistan-Azərbaycan birgə şirkətlərinin yaradılmasını arzu edirəm – MÜSAHİBƏ

Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb

Dördüncü ixtisas qrupunda 1036 abituriyent 500-600 arası bal toplayıb

Konfrans Liqası: “Qarabağ” “Tvente” ilə oyun üçün Niderlanda yola düşüb

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

“O kadrı təkcə mən çəkmişəm...” - Danışır tarixi fotoların müəllifləri VİDEO

Paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 39 mindən çox elektron sorğu yerləşdirilib

Kraliça Kamilla Kral Çarlzın xərçəng diaqnozunu gizli saxlamağın çətinliyindən danışıb

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb

Gürcüstanda dəmir yolu ilə daxili sərnişindaşımalar azalıb

“Aston Villa” heyətini iki yeni futbolçu ilə gücləndirib

Konqoda Ebola xəstəliyinə yoluxma hallarının sayı 5 mini ötüb

® “Azercell”in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Məşğulluq Strategiyasının Tədbirlər Planının icrası ilə bağlı görüş baş tutub

Prezident Donald Trampın praqmatizmi 907-ci düzəlişin aradan qaldırılacağını deməyə əsas verir - ŞƏRH

İngiltərədə küçədə yatan minlərlə insan üçün yeni təşəbbüs

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

“2783 metr yüksəklikdə çəkiliş edəndə əllərimiz donmuşdu” – Ekstremal vəziyyətləri əbədiləşdirən fotoqrafla MÜSAHİBƏ VİDEO

İkinci rübdə Gürcüstana dəmir yolu ilə idxal olunan yüklərin 22,7 faizi Azərbaycanın payına düşüb

Fransa vergi idarəsində üçüncü məlumat sızması təsdiqlənib

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaq VİDEO

“Üzeyir Hacıbəyli” gəmisi əsaslı təmir olunub

Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

® ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsi başlayır

Dördüncü ixtisas qrupunda 600-dən çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Monako” Poqba ilə yollarını ayırıb

Ekspert: Neftin qiymətinin 90 dollardan yuxarı qalxması Azərbaycan üçün həm fürsət, həm də xəbərdarlıqdır

Cəlilabadda sükan arxasında ürəktutma keçirən sürücü ölüb

Toqoda saxlanılan iki fransız vətəndaşı ilə bağlı Parisdən açıqlama

Bu gündən “Mərkəzi Azəri” platformasında profilaktik işlər həyata keçiriləcək

Türkiyə diasporu ABŞ Konqresindən F-35 sanksiyalarının aradan qaldırılmasını istəyib

Yeddi ayda Azərbaycandan çay ixracı 23 faizdən çox artıb

“DokuBaku 2026”: 54 film oktyabrda Bakıda təqdim olunacaq

Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir? - Ali Məhkəmədən izah

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycanlı jurnalistlər Daşkənddə “Texnopark”ın fəaliyyəti ilə tanış olublar VİDEO

Cahangir Həsənzadə: Rəqib təcrübəlidir, amma "Sabah" səfərdən ən azı heç-heçə ilə qayıda bilər

Bu saata olan əsas xəbərlər

ASAN könüllülərinin “Bilik karvanı” aksiyası davam edir

Türkiyə XİN humanitar yardım işçilərinin qorunmasına çağırıb

Ağdam rayonunda kənd qəbiristanlığında hərbi sursat aşkarlanıb

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

Qurban Qurbanov: Avrokubokları çempionata qurban vermək istəmirik VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

“Qarabağ”ın futbolçusu “Tvente” ilə oyunu buraxa bilər VİDEO

Ufa şəhərinə PUA hücumu nəticəsində Hindistandan olan tələbə xəsarət alıb

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

İran iki fransız diplomatı “persona non grata” elan edib