Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb

Malik Həsənov: Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb

Bakı, 30 dekabr, AZƏRTAC

2021-ci ilin son günlərindəyik. Qarşıladığımız hər yeni il ötən ildə keçilən yola nəzər salmağı, uğurların təhlili əsasında gələcək hədəfləri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoyur. “Azərbaycan 2022-ci ilə hansı uğurlarla qədəm qoyur” sualı ətrafında düşündükdə ilk olaraq işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa və quruculuq işləri göz önünə gəlir. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan, dağıdılan ərazilərimizin əvvəlki simasına qaytarılması, Qarabağımızın cənnətməkana çevrilməsi bu günümüzün əsas hədəfidir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə ilk səfərlərindən bu günədək görülən işlərə diqqət yetirsək, miqyasının nə qədər geniş olduğunu görərik. Təkcə bir rəqəmi qeyd edək ki, cari ildə ölkə Prezidentinin Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya 7 səfəri olub. Prezident İlham Əliyev ad günündə Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşaya səfəri zamanı bir daha tarixi Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdıraraq bu fikri də böyük qürur hissi ilə qeyd etmişdir ki, torpaqların əsl sahibləri qayıtdı və bundan sonra Azərbaycan xalqı bu ərazilərdə əbədi yaşayacaq. Xalq bir amal, müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.

Malik Həsənov qeyd edib ki, Böyük Qayıdışın gerçəkləşməsinə az qalır. Prezident İlham Əliyevin cari ildə iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanında işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi öz əksini tapıb. Ölkəmizdə 10 iqtisadi rayonun 14-ə çatdırılması, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Ermənistan-Azərbaycan münaqişəsinin tarixə qovuşduğunu çatdırdı, yeni reallıqları qəbul etməyə və bu reallıqlar əsasında yaşamağa çağırışlar etdi. Həyata keçirilən infrastruktur layihələrindən olan hava limanları iqtisadi əhəmiyyəti ilə yanaşı, regionda ölkəmizin nüfuzunu da artırıb. Füzuli Beynəlxalq Hava Limanının iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı oldu. Zəngilan və Laçında hava limanlarının inşası davam edir. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərində təməli qoyulan birinci “ağıllı kənd” pilot layihəsi çərçivəsində nəzərdə tutulan işlər də sürətlə davam edir. Ən önəmlisi olan bu işlərin Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsidir. Qarabağda inşa olunan yollar, həmçinin Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması bölgənin inkişafını sürətləndirəcək, tranzit əhəmiyyətini artıracaq”.

“Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsini şərtləndirən əsas amillərdən biri xalqın ölkə Prezidentinə inamı və etimadıdır. Dövlət başçısı dekabrın 24-də reallaşdırdığı Şuşa səfəri zamanı Cıdır düzündən bu məqamı xüsusi səsləndirmişdir ki, 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək nəticəsində bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb”, - deyə deputat bildirib.

Malik Həsənov qeyd edib ki, 2021-ci ildə Azərbaycanın mühüm uğurlarından biri də tarixi Zəfərimizin yaratdığı reallıqlar əsasında ölkəmizin ədalətli mövqeyinin təsdiqlənməsı, dünyanın iri dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının regionda uzunmüddətli sülhün, təhlükəsizliyin təmin olunmasına dəstək göstərmələridir: “Bu baxımdan həm ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın, həmçinin dünyanın nüfuzlu təşkilatlarından olan Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş nazirinin görüşü bunun təsdiqidir. Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüşün keçirilməsi də Azərbaycanın qalib ölkə olaraq diktə edən tərəf kimi dünyanın diqqətində olduğunu, Ermənistana dəstək verən əksər dövlətlərin, o cümlədən Fransanın artıq ədalət deyilən məfhumun mövcudluğunu dəstəkləndiyini təsdiqləyir”.

Deputat qeyd edib ki, artıq ikinci ildir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında təbrikimizin məzmunu da dəyişib. İki il öncəyə qədər işğal altında olan torpaqlarımızın azad edilməsi amalı ilə yaşayan Azərbaycan xalqı bu gün Böyük Qayıdışı gözləyir. Dövlətimizin başçısı İlham Əliyevə ünvanlanan doğum günü təbriklərinin mahiyyətində də ölkə Prezidentinin tarixə qalib Sərkərdə kimi adını qızıl hərflərlə yazmasından keçirilən qürur hissi öz ifadəsini tapır. Dəmir yumruq kimi birliyimiz, həmrəyliyimiz hər bir məqsədə zamanında nail olmağa əsas verir. Tarixi Zəfərimiz bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli qürur rəmzinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – FOTOLAR

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO