Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır

Malik Həsənov: Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır

Bakı, 11 noyabr, AZƏRTAC

“Tarixi Zəfərimizin ikinci ilini qeyd etdik. Artıq iki ildir ki, bayramları, həmçinin ərazilərimizin işğaldan azad edildikləri tarixləri sahibinə qovuşmuş torpaqlarımızda qeyd edir, Zəfərimizin yaratdığı reallıqları bir daha bu məkanlardan dünyaya çatdırırıq. 8 Noyabr-Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha Qələbəmizi şərtləndirən amillərdən geniş bəhs edərək Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırdı. “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi”, - söyləyən Prezident İlham Əliyev bildirdi ki, müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdi.

Təbii ki, Ordunun gücləndirilməsi üçün güclü iqtisadiyyat lazım idi. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə həyata keçirilən siyasətin əsasında dayanır. Dövlət başçısı İlham Əliyevin təkmil islahatları nəticəsində iqtisadiyyatımız daha da inkişaf edir. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi Azərbaycanın siyasi müstəqilliyində də öz sözünü deyir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində rolu günbəgün artır. İkitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrimiz genişlənir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atılan addımlarda, əldə edilən uğurlarda özünün aydın ifadəsini tapır. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Qələbəmizi şərtləndirən amillərdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimiz Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və getdilər. Cəmiyyətdə milli birlik, həmrəylik ideyaları üstünlük təşkil etdi. Azərbaycanda bir ailə kimi yaşayan bütün xalqların nümayəndələri Qarabağ uğrunda ölümə gedirdilər. Bu, Azərbaycanın böyük dəyəridir. 44 günlük İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, birliyi daha da gücləndirdi. Məhz bu amillər tarixi Zəfərimizə yol açdı.”

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, artıq xalqımız alnı açıq, müzəffər xalq kimi yaşayır: “Beynəlxalq tədbirlərə qalib ölkə kimi qatılan Azərbaycan işğal dövrü ilə yanaşı, Zəfərimizin reallıqlarından dünyaya bəhs edir, Qarabağın və Şərqi Zəngəzurun quruculuq meydanına çevrildiyini əsaslı şəkildə, iki ildə ölçüyəgəlməz dərəcədə görülən işlərin fonunda beynəlxalq ictimaiyyətə çatdırır. Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına həyata keçirir. Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanın timsalında digər işğaldan azad edilən ərazilərimizdə görülən işlərin miqyasının genişliyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Şuşa iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Hazırda paytaxt Bakı ilə yanaşı, Şuşa da beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir”.

M.Həsənov bildirib ki, Prezident İlham Əliyev çıxışında Şuşaya iki ildə ondan artıq səfər etdiyini xatırlatdı: “Bu məqam da xüsusi vurğulandı ki, Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin 44 günlük İkinci Qarabağ müharibəsi zamanı qəhrəmanlığının, şücaətinin bir daha şahidi oluruq. Çünki “Zəfər Yolu” adlandırılan yol cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman Azərbaycan oğulları dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşdı. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla əlbəyaxa döyüşlərdə düşməni məğlub etdi, torpağımızdan qovdu, üçrəngli Bayrağımızı Şuşada qaldırdı. İllər keçdikcə hərbçilərimizin qəhrəmanlığı, şücaəti daha aydın görünür. Xalqımız yaşadığı bu qürurlu günlərə görə daim dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını ifadə edir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik”.

M. Həsənov diqqəti dastana çevrilən Şuşa əməliyyatına gedən yola yönəldərək bildirdi ki, müharibənin ilk günündən sonadək Azərbaycan Silahlı Qüvvələri yalnız irəli getdi: “Sentyabrın 27-də - müharibənin birinci günündə altı kəndin azad olunması xalqımızda tarixi Qələbəmizə böyük inam yaratdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildi. Azərbaycan Ordusunun qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsinin dünyaya təqdimatı oldu. Ərazi bütövlüyümüz bərpa edildi, işğala son qoyuldu. Bu sənədin imzalanmasından ötən iki ildə ölkəmizin siyasi, diplomatik və iqtisadi uğurlarının xronologiyasına diqqət yetirmək kifayətdir. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Azad edilmiş ərazilərimizin həyatında yeni dövr başlayıb.”

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandanın hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Şuşadan bir daha bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalı və odla oynamağın onlara baha başa gələcəyini bilməlidirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO