“Mançester Siti” klubunda Qvardiolanın illik məvacibi 25 milyon avro təşkil edə bilər
Bakı, 24 dekabr, AZƏRTAC
Xosep Qvardiola yayda İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kicker” idman qəzeti məlumat yayıb. Hazırda Münxenin “Bavariya” klubunu çalışdıran ispaniyalı mütəxəssisin illik maaşı 12 milyon avrodur. Lakin xəbərə görə, “Mançester Siti” Qvardiolaya iki dəfə çox, illik 25 milyon avro ödəyəcək. Mütəxəssis “Mançester Siti”də Manuel Pelleqrinini əvəzləyə bilər.
Bu arada İngiltərənin “Mançester Yunayted” klubu da Qvardiolanı kluba cəlb etmək üçün hərəkətə keçib. Əgər “qırmızı şeytanlar” onunla razılığa gələ bilsə, onda ispaniyalı baş məşqçinin illik məvacibi bir qədər də arta bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]