“Mançester Siti” səfərdə beş cavabsız qolla qalib gəlib
Bakı, 12 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Mançester Siti" klubu səfərdə "Brayton" komandasının qonağı olub. “The American Express” stadionunda keçirilən görüş Mançester təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.
“Mançester Siti”in heyətində Rahim Sterlinq (3), Bernardo Silva və Qabriel Jesus fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 72-yə çatdıran “Mançester Siti” turnir cədvəlində ikinci, “Brayton” isə 36 xalla 15-ci yerdə qərarlaşıb.