MANİSADA GƏNCLƏR ÜÇÜN AZƏRBAYCAN MİLLİ RƏQS KURSU AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Manisa şəhərində gənclərin Azərbaycan milli rəqslərini öyrənməsi üçün kurs açılmışdır.
Bu, ötən ilin noyabrında Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayından sonra Manisadakı Azərbaycan Kültür Dərnəyinin tərkibində yaradılmış Gənclik Komissiyasının səyi nəticəsində baş tutmuşdur. Rəqs kursu gənclərin türk və Azərbaycan rəqslərini, milli mədəniyyətlərimizin ayrı-ayrı sahələrini öyrənmələrində mühüm rol oynayacaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, rəqs kursunun açılmasına Manisa bələdiyyəsi də dəstək vermişdir.
Gənclik Komissiyası Azərbaycanda fəaliyyət göstərən “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı ilə əməkdaşlığa başlamışdır. Əməkdaşlıq çərçivəsində “İRƏLİ” hərəkatının 3 nümayəndəsi martın 21-24-də Manisadakı həmkarlarına Novruz bayramı tədbirlərinin təşkilində yardım göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]