MANİSADA QANLI YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI AKSİYA KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Türkiyənin Manisa şəhərindəki Azərbaycan Kültür Dərnəyi 20 Yanvar faciəsinin 18-ci ildönümü münasibətilə qanvermə aksiyası keçirilmişdir.
Türkiyə Qızıl Ay Cəmiyyətinin Manisadakı ofisində keçirilmiş xeyirxah tədbirdə onlarla könüllü iştirak etmişdir.
Dərnəyin rəhbəri Seyfəddin Ayakyay bildirmişdir ki, qan verməklə donorlar həm 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram göstərir, həm də ehtiyacı olan insanların həyatını xilas edirlər.
Faciə qurbanlarının ruhuna dualar oxunmuş, qanlı Yanvar cinayətlərini pisləyən bəyanat səsləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]